SƏBZ
SƏBZƏGAH
OBASTAN VİKİ
Səbzə Zeynalova
Səbzə Teymur qızı Zeynalova (20 mart 1925, Ocaqlı, Lənkəran qəzası – 27 iyul 1972, Ocaqlı, Cəlilabad rayonu) — Sosialist Əməyi Qəhrəmanı. Səbzə Zeynalova vaxtsız vəfat etmişdir. Abbasağa Azərtürk "Səbzə yadigarı" adlı poemasını ona ithaf etmişdir.
Kani Səbzə (Bükan)
Kani Səbzə (fars. ‎‎كاني سبزه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 108 nəfər yaşayır (24 ailə).
Səbzəvar ekspedisiyası
Səbzəvar ekspedisiyası - Nadir xan Əfşarın hərbi fəaliyyəti dövründə həlledici hadisə. Bundan sonra o II Təhmasibin hərbi qüvvələrinin arxasındakı həqiqi gücə çevrilmişdir. Sənqan ətrafındakı döyüşdən sonra Nadir Məşhədə qayıdıb bir müddət istirahət etdi. Həmin vaxt ərzində əsas diqqəti qoşunların toplanmasına və təminatına yönəltdi. O, yaxşı görürdü ki, əfqanlar ciddi düşməndir və onlara qalib gəlmək üçün ciddi hazırlıq görülməlidir. Sonuncu döyüş də bunu göstərirdi. Lakin Nadiri düşündürən təkcə səfər hazırlığının aparılması deyildi. O eyni zamanda ətrafındakı əyanlar tərəfindən təhrik edilən Şah Təhmasibin müqavimətini qırmalı idi. Çünki mühüm səfər ərəfəsində şahın mövqeyi tamam başqa idi. O, Herat istiqamətində deyil, İsfahan istiqamətində hərbi yürüşə başlanmasını tələb edirdi.
Səbzəvar şəhristanı
Səbzivar şəhristanı— İranın Rəzəvi Xorasan ostanında şəhristan. Şəhristanın inzibati mərkəzi Səbzivar şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 296,034 nəfər və 82,431 ailədən ibarət idi.
Əmir Şahi Səbzəvari
Əmir Şahi Səbzəvari (Səbzivar[d], Rəzəvi Xorasan ostanı – 1453) — Teymurilər dövlətində yaşamış farsdilli Azərbaycan şairi. Səbzəvar sərbədarilərinin nəslindən idi. Səbzəvari Hafiz Şirazinin "Divan"ının açılış qəzəlinə cavab bəstələmişdir. O, Astarabadda (indiki Gürgan) vəfat etmiş, Səbzəvardakı ailə ziyarətgahında dəfn edilmişdir. Vikianbarda Əmir Şahi Səbzəvari ilə əlaqəli mediafayllar var.
Ərvah Səbzəvar dərəsi
Ərvah Səbzəvar dərəsi (fars. دره ارواح سبزوار‎) — İranda dərə. Dərə Çah Suxtə kəndindən 3 kilometr (1.9 mil) cənub-qərbdə və Səbzəvardan 55 kilometr (34 mil) cənubda yerləşir. Geoloji cəhətdən bu vadidə Dördüncü dövr çöküntüləri ilə mergel və konqlomeratın növbələşməsi burada müəyyən formasiyaların yaranmasına səbəb olmuşdur. Vadidə mövsümi şəlalələr mövcuddur. Vadinin ucunun bir hissəsində vadi o qədər dar və dəhşətli olur ki, bəzən iki nəfər o hissədən keçə bilmir. Ərvah Səbzəvar dərəsində maral kimi heyvanlar yaşayır. Bundan əlavə, dərədə su eroziyasının nəticəsində daş sütunlar yaranmışdır.
Mahir Səbzəliyev
Mahir Səbzəliyev (Səbzəliyev Mahir Mirzəxan oğlu; 11 fevral 1951, Ağsu rayonu) — Azərbaycan alimi, professor, riyaziyyat üzrə elmlər doktoru. == Həyatı == Mahir Səbzəliyev 1951-ci ilin fevralın 11-də Ağsu rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsindən məzun olmuşdur. 1982-ci ildə "Diferensial tənliklər, Kiçik parametr daxil olan xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsinin bəzi məsələləri" elmi işini müdafiə edərək riyaziyyat üzrə elmlər namizədi elmi dərəcəsini almışdır. 2013-cü ildə "Diferensial tənliklər, Sinqulyar həyəcanlanmış diferensial tənliklər nəzəriyyəsinin bəzi məsələləri" elmi işini müdafiə edərək riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Mahir Səbzəliyev əmək fəaliyyətinə 1971-ci ildə Ağsu rayonunda riyaziyyat müəllimi kimi başlamış və 1977-ci ildən isə fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda aspirant, 1980-ci ildən isə həmin universitetdə böyük laborant kimi davam etmişdir. 1984-cü ildə "Xəzərdənizneftqazsənaye" ÜSB-nin Hesablama Mərkəzində böyük mühəndis vəzifəsində işə başlamış və 1988-ci ilə kimi bu vəzifəni icra etmişdir. 1988–2011 illərdə Azərbaycan Dövlət Neft Akademiyasının ali riyaziyyat kafedrasında baş müəllim, dosent kimi çalışmışdır. 2011–2016-cı illərdə isə həmin kafedranın müdiri vəzifəsini tutmuşdur. 2017-ci ildə həmin universitetinin ümumi və tətbiqi riyaziyyat kafedrasının professoru elmi adını almışdır.
Səbzəli Cavadov
Səbzəli Cavadov (tam adı: Səbzəli Əbil oğlu Cavadov; 20 may 1960, Xaçmaz – 4 iyun 2024, ABŞ) — Azərbaycan və ABŞ alimi, tibbi biokimyaçı və fizioloq, tibb elmləri doktoru (1992), professor (1993), Amerika Kardioloqlar Cəmiyyətinin fəxri üzvü (2015), Amerika Fizioloqlar Cəmiyyətinin üzvü (2009), Amerika Redoks Biologiya və Tibb Cəmiyyətinin üzvü (2015), Amerika Milli Sağlamlıq İnstitutunun (2017) və Amerika Kardiologiya Cəmiyyətinin elmi qrant komitələrinin üzvü (2015), İngiltərə (2012), Belçika (2010), Çexiya (2011) və Xorvatiyanın (2010) elm fondlarının Ad-hoc üzvü. Səbzəli Cavadov 1960-cı il mayın 20-də Azərbaycan Respublikasının Xaçmaz rayonunda ziyalı ailəsində anadan olub. 1977-ci ildə Bakı şəhəri Kimya-biologiya təmayüllü respublika liseyini bitirmişdir. 1977–1983-cü illərdə Piroqov adına 2-ci Moskva Tibb İnstitutunun (indiki adi: Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universiteti) tibbi-biologiya fakültəsində biokimya ixtisası üzrə təhsil almışdır. 1983–1986-cı illərdə SSRİ Tibb Elmləri Akademiyası Ümumittifaq Kardiologiya Elmi Mərkəzinin Eksperimental Kardiologiya İnstitutunda aspirant olmuşdur. 1985-ci ildə Mərkəzin aspirantları və gənc alimləri arasında keçirilən elmi müsabiqənin qalibi olmuş və fəxri fərmanla təltif edilmişdir. 1986-cı ildə biokimya və kardiologiya ixtisasları tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 1986–1993-cü illərdə Azərbaycana qayıdıb Elmi-Tədqiqat Kardiologiya İnstitutunda işə başlamış, respublikada ilk eksperimental kardiologiya laboratoriyasını təşkil etmiş və ona rəhbərlik etmişdir. 1992-ci ildə Rusiya Kardiologiya Elmi-İstehsalat Kompleksi (indiki adi: Rusiya Milli Tibbi Elmi-Tədqiqat Kardiologiya Mərkəzi) və Rusiya Xalqlar Dostluğu Universitetinin müştərək elmi şurasında doktorluq dissertasiyası müdafiə etmişdir. 1993–2003-cü illərdə Azərbaycan Tibb Universitetində biokimya kafedrasının professoru olmuş və eyni zamanda "Hüceyrə patologiyasının biokimyası" problem elmi-tədqiqat laboratoriyasına rəhbərlik edib.

Digər lüğətlərdə