Məkki ibn Əhməd ibn Sadəvəy əl-Bərdəyi
MƏKKİ BƏRDƏYİ —
X əsri Bərdədə elmi intibah dövrü adlandırsaq, bizcə səhv etmərik.
Göstərilən yüzillikdə burada yetişmiş alimlərdən Məhəmməd İbn Abdul-
lanın, Əbubəkr Bərdəyinin, Əbdüləziz ibn-əl Həsən əl-Bərdəyinin, Əbu-
səyid Əhməd ibn Hüseyn Bərdəyinin, Səid ibn Qasım Bərdəyinin, Mə-
həmməd İbn Xalid Bərdəyinin, Əbülhəsən Əhməd ibn Ömər ibn Abdullah
Bərdəyinin və digər görkəmli elm, sənət və peşə adamlarının adlarını çək-
mək olar. O dövrün sadaladığımız alimləri içərisində öz elmi, savadı, bili-
yi və saf məfkurəsi ilə böyük ad-san qazananlardan biri də Məkki ibn Əh-
məd ibn Sadəvəy əl-Bərdəyi olmuşdur. Bu görkəmli alim IX əsrin sonu X
əsrin əvvəlində orta əsr müəlliflərinin bu vilayətin Bağdadı adlandırdığı
qədim tarixli Bərdədə anadan olmuşdur. İlk təhsilini də o Bərdədə, öz
doğma şəhərində almışdır. Sonrakı illərdə isə gənc Məkki təhsilini davam
etdirmək məqsədi ilə Şərqin mədəni mərkəzlərindən sayılan Bağdada get-
mişdir. Bərdəli gənc Məkki ibn Əhməd bu böyük elm mərkəzində elmin
bir çox sahələrini dərindən öyrənmişdir. Onun diqqətini daha çox o dövr
əhalisinə sirr kimi görünən səma səltənəti və planetlərin hərəkəti qanu-
nundan bəhs edən elm daha çox cəlb edirdi.
Bunun xatirinə o astronomiya və nücum elmlərini dərindən öyrə-
nir və təbii ki, xalq arasında onun qanunauyğun hərəkətindən söhbətlər
açırdı. Yeri gəlmişkən qeyd etməliyik ki, təbiətşünaslığın bu obyektiv qa-
nunlarını şərh etmək, ona ilahi sirr kimi baxan müsəlman şərqi adamlarına
günəş, ay, zöhrə ulduzu və səma səltənətinin digər üzvlərindən söhbət aç-
maq, onların əsrlərdən bəri qıfıllı qalan qapılarını açıb geniş dəhlizinə da-
xil olaraq, o sirli-sehirli qanunu xalqa başa salmaq o qədər də asan iş de-
yildi.