Saib Təbrizinin türbəsi
Saib Təbrizinin türbəsi və ya Saibin türbəsi (farsca: آرامگاه صائب; transliterasiya: Ārāmgah-e Ṣā'ib) — İran İslam Respublikasının İsfahan şəhərində yerləşən və Pəhləvi sülaləsi dövrünə aid türbə. Türbə İsfahan şəhərinin Beheşti və Saib xiyabanlarında yerləşir. Türbə 1355-ci ilin 20 Bəhmən tarixində (1977-ci ilin 9 fevralında) 1322 nömrə ilə İranın Milli Əsərləri siyahısına salınmışdır. Türbə Pəhləvi dövrünə aid olsa da, Saibin məzarının üzərinə hicri təqvimi ilə 1087, yəni 1676-cı il yazılmışdır.
== Haqqında ==
Saib Təbrizi XVII əsrdə fəaliyyət göstərmiş və Azərbaycan türklərindən olan məşhur şairlərdən biridir. Saib Təbrizi 1601-ci ildə Təbrizdə dünyaya gəlsə də, sonradan yeni paytaxt İsfahana köçmüş, burada Səfəvi şahı I Abbasın sarayına girməyə çalışsa da, uğur əldə edə bilməmişdir. O, daha sonra Hindistana köçmüşdür.
Saib Təbrizi Azərbaycan ədəbiyyatında hind üslubunda əruzun banisi hesab edilir.
== Mirzə Saib Təkiyə bağı ==
Saibin türbəsi, oğlu Mirzə Məhəmməd Möhsünə və nəvəsi Mirzə Məhəmməd Əli ilə birlikdə, bu bağın mərkəzində yerləşirdi. Niyasərm arxı onun yanından axır.