Sinonimlər

1. Eyni anlayışları ifadə edib bir-birinə yaxın, yaxud uyğun sözlər olub, müxtəlif çalara, yaxud üslubi çalarlarla fərqlənən, adətən, eyni nitq hissəsinə aid olub, deyimin qarşılıqlı dəyişən elementi kimi çıxış edir. 2. Eyni nitq hissələrinə aid olub tam, yaxud qismən leksik mənası ilə uyğun gələn sözlər. 3. Mənaca bir-birinə o qədər yaxın sözlərdir ki, onların düzgün ifadə edilməsi həmin sözlərin semantik çalarının və üslubi xassəsinin bir-birindən fərqləndirilməsi üçün dəqiq bilik tələb edir.
Sinonimik sıra
Sinonimlər lüğəti
OBASTAN VİKİ
Sinonimlər
Sinonimlər (yun. synonimon. "eyni cür adlandırma") — linqvistikada Sinonimlər müxtəlif cür tələffüz olunur və yazılır, ancaq eyni və ya oxşar mənaları olur. Sinonimlər nitq qabiliyyətini zənginləşdirməyə yarayır. Sinonimlər arasında oxşarlıq olsa da, sinonimlər öz fikriifadə zənginliyi, müəyyən stillə bağlılığı və işlədilmə dərəcəsinə görə fərqlənirlər. Sinonimləri təşkil edən sözlər eyni nitq hissəsinə aid olur.Məsələn: Hündür - uzun, Bədii ədəbiyyatda hər hansı bir deyimin təsir gücünü, bədiiliyini artırmaq üçün sinonim sözlərdən istifadə olunur. Sinonimlər dilin zənginliyini və ifadə qüdrətini göstərən əlamətlərdən biri sayılır. Fonetik cildinə, səslənməsinə və eləcə də yazılışına görə fərqli, mənaca yaxın olan sözlərə sinonimlər deyilir. Sinonimlər eyni məfhumu ifadə edir, lakin siqnifikatına görə qismən fərqli məna çalarlığına malik olur. Eyni məfhumu ifadə etdiyinə görə, sinonimlər ümümiləşdirici mənaya malikdir.
го́рличий организацио́нный палео... проте́кший расспра́шивать сбере́чься землечерпа́льный ка́сса неотло́жка ограниче́ние ощути́ться рекультиви́рование сини́ться сугге́стия съе́зжая тесть backslap chansonette expressional Ganges husking machine patrol leader saprobe thick trainband