Siyana Vasileva
Siyana Vasileva (3 mart 1996, Bolqarıstan) — Bolqarıstan mənşəli Azərbaycanın bədii gimnastı.
Siyana Vasilevanın anası bədii gimnastika üzrə məşqçidir, eyni zamanda atası da idmançıdır.
Siyana Vasileva bolqar dili, rus və ingilis dillərini bilir.
Siyana, həmçinin psixologiya elmi ilə maraqlanır.
Gimnastikaya ilk addımlarını 2005-ci ildə atan Siyana 2011-ci ildən milli komandaya çağırılıb. Ənənəvi "Baltik Halqası" turnirində çıxış edən Siyana ilk qızıl medalını da Latviyadan gətirib. İlk ciddi qələbəsini də 2011-ci ildə Minskdə keçirilən Avropa Çempionatında gənclərdən ibarət komandanın tərkibində 1-ci yeri tutmaqla qazanıb. 2014-cü ildə Bakıda keçirilən Avropa Çempionatında Diana Doman, Aliyə Paşayeva, Aleksandra Platonova, Aynur Mustafayeva və Səbinə Abbasova ilə birlikdə 3 top və 2 lentlə qrup tapşırıqlarında gümüş medal qazanıb. Gimnastlarımız Müslüm Maqomayevin "Mavi əbədilik" mahnısının sədaları altında çıxış ediblər. Hakimlər azərbaycanlı gimnastların çıxışını 17.650 balla qiymətləndiriblər.