SƏRƏDDİN
SƏRƏSTAN
OBASTAN VİKİ
Sərəncam
Sərəncam — hər hansı məsələləri həll etmək üçün, səlahiyyətli vəzifəli şəxs tərəfindən verilən göstərişləri özündə əks etdirən sənəd formasıdır. Bir qayda olaraq sərəncam hadisəyə əsaslanmaqla “buna uyğun olaraq, bununla əlaqədar” sözləri ilə davam etdirilir. Mətn isə əmr formasında tapşırılsın, təklif olunsun, təsdiq olunsun və s. şəklində şərh edilir.
Kəlam-i Sərəncam
Kəlam-i Sərəncam (fars. کلام سرانجام‎, azərb. Mülahizə nitqi‎) və ya sadəcə Sərəncam — Əhl-i Haqqın əsas dini mətni. Bu mətn XV əsrdə Sultan Sahaqın fəlsəfəsi əsasında yazılmışdır. Əhl-i Haqqın pərəstişkarları Kəlam-i Sərəncamın ilah tərəfindən insanlara göndərildiyinə inanır. Orijinal mətn kürd dilinin gorani ləhçəsində yazılmışdır.
Heydər Əliyevin sərəncamı ilə yaradılmış təhsil müəssisələrinin siyahısı
İcra Sərəncamı 12711
12711 saylı İcra Sərəncamı — Amerika prezidenti Corc HV Buş tərəfindən 11 aprel 1990-cı ildə tərtib edilmişdir. O 5 iyun 1989-cu il və 11 aprel 1990-cı il tarixləri arasında ABŞ-də olmuş Çin vətəndaşlarının və onların birbaşa himayəsində olan şəxslərin deportasiyasını təxirə saldı, 2 illik vətənində yaşamaq tələbindən imtina etdi və 1 yanvar 1994-cü ilə qədər onlara iş icazəsi verdi. O, 1989-cu ildə Tiananmen Meydanı etirazlarını yatırtmasına və həmin ilin 4 iyununda baş vermiş qırğına cavab olaraq Çin Xalq Respublikasına (ÇXR) qarşı beynəlxalq reaksiyanın bir hissəsi kimi verilib. 1992-ci ildə Çin Tələbə Mühafizəsi Qanunu qəbul edildikdən sonra bu, daimi hala gətirildi.
İzahedilməmiş Sərvət Sərəncamı
İzahedilməmiş Sərvət Sərəncamı (ing. Unexplained wealth order) — Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur. Milli Cinayət Agentliyinin təhqiqatçıları inanırlar ki, ingilis mülklərinə milyardlarla funt çirkli pul qoyulur, lakin sübutların olmaması səbəbiylə həmin əmlak sahiblərini cinayətlə ittiham etmək və ya aktivləri təqib etmək demək olar ki, mümkünsüzdür. Yeni "İzahedilməz Sərvət Sərəncamı" onları zənginliklərini açıqlamağa məcbur etmək cəhdidir. Əgər bir şübhəli xarici rəsmi və ya ailələri, sərvətlərinin qanuni mənbəyini göstərə bilmirsə, Milli Cinayətkarlıq Agentliyi onların mülkünü ələ keçirmək üçün Ali Məhkəməyə müraciət edə bilər.
Ölüm sərəncamı (film)
Ölüm sərəncamı (ing. Death Warrant) — 1990-cı ildə Daran Sarafyan tərəfindən çəkilən ABŞ filmi. Ölümcül order — Internet Movie Database saytında.

Digər lüğətlərdə