1. Axmaq, yuxarıdan aşağıya hərəkət etmək (mayelər haqqında).
Budur, böyük bir şəlalənin suyu gurultu ilə axıb tökülür, aşağıda köpüklənərək yayılır.
Gümüş rəngli çənlərə; Axıb dağ seli kimi; Qara qızıl tökülür.
// Düşmək (səpələnən, dənəvər, ya xırda şeylər haqqında). Tavanın suvağı tökülür. Buğda kisədən tökülür. Torpaq başımıza tökülür.
// Düşmək, yerindən çıxıb düşmək. Dişləri tökülmək. Saçı tökülmək.
2. Axmaq, süzülmək, dammaq, sızmaq. Göz yaşı tökülmək.
– Cəlal qaranlığa sıxdı naqanı; Töküldü yəhərə Gərayın qanı.
[Səlim] o qədər odlu danışırdı ki, tər başından üzünə, boyun-boğazına sızıb tökülürdü.
3. dan. Şiddətlə, aramsız gəlmək, yağmaq. Qar ara vermədən tökülür.
// məc. Yağmaq, gəlmək, enmək, saçmaq.
Yunis çöl istisinin şiddətini ancaq indi hiss edirdi, göydən od tökülürdü.
Buludlarda şığıyan şimşəklərdən yerə tökülən ( f.sif. ) qığılcımlar hər tərəfi çulğayan bir yanğına çevrilir.
4. Dənizə, gölə və ya başqa çaya axmaq, onunla birləşmək, qovuşmaq (çay haqqında). Araz Kürə tökülür. Volqa çayı Xəzər dənizinə tökülür.
– Cüt axıb tökülür çaylar ümmana; Uca-uca dağlar lap baş-başadır.
5. Kütlə və ya izdiham halında çıxmaq, gəlmək, getmək, axışıb gəlmək, tökülüşmək.
Bunların çığırtısına hər iki məhəllədən adamlar töküldülər.
Uşaqdan böyüyə, qarıdan qocaya hər kəs ünləşib, Cavanşir qəsəbəsinin küçələrinə tökülmüşdü.
// Eyni mənada heyvanlar haqqında.
Gəlsin bahar fəsli, açılsın yazlar; Göllərə tökülsün ağ qular, qazlar.
Gün çeşt yerinə qalxanda ilxı kəndə töküldü.
□ Üstünə tökülmək – üstünə hücum etmək, tökülüşmək.
Köpəklər [Qumrugilin] üstünə töküldü.
6. Düşmək, enmək, tökülüşmək. Sərnişinlər qatardan tökülürdülər.
– Təpədə, tarlada qatırçılar qatırdan töküldülər.
7. Sallanmaq, düşmək. Saçı üzünə tökülmək. – [Abbas:] Dal gərdənə tökülübdü hörmələr; Mina gərdən, incə beli bürmələr. “Abbas və Gülgəz”.
8. Yerindən qopub, yaxud sınıb, xarab olub düşmək; uçulmaq. Divarın suvağı töküldü.
– Deşilir pəncərə, tökülür şüşə; Partıltı səsinə səs verir meşə.
9. məc. Köhnəlib yıpranmaq, yararsız hala gəlmək. Uşaqlar cirə ilə yaşamaqdan və soyuqdan sapsarı olmuşdular.
Üst-başları da tökülmüşdü.
10. məc. Yağmaq. Hər tərəfdən güllə tökülür.
– İnsan düşünməyə tapmayır macal; Tökülür meydana bomba dalbadal.
11. Çıxmaq, düşmək (dişlər haqqında). Ağzında bütün dişləri tökülüb.
– Qabaq dişim tökülüb; Azılarım sökülüb; Mənə qoca deməzlər; Bir az belim bükülüb.
12. İfadə etmək, görünmək, görsənmək, bilinmək.
[Sarxan] gözlərindən hiyləgərlik tökülən ( f.sif. ) alman əsgərinin üstünə təpindi.
Yerli camaata oxşamır qonaq; Doğmalıq tökülür üzündən ancaq.
13. Gəlmək (çoxlu şey haqqında).
“Molla Nəsrəddin” idarəsinə hər yerdən və hər tərəfdən gündə əlli-altmış məktub töküldü.
14. Yorğunluqdan, ya soyuqdan üzülmək, ağrımaq, sızıldamaq.
[Bahar:] Ayaqlarım tökülür, qatığı satdım üç abbası bir şahıya.
15. “Tökmək”dən (1 və 5-ci mənalarda) məch.
Çəpərlər aradan bir-bir sökülsün; Palçıqlı yollara çınqıl tökülsün.
Evin ortasına çoxlu yorğan-döşək yunu, balış tükü tökülmüşdü.
Dəvələr dal həyətdə boşalıb, taxıl elə dəvəçilərin köməyi ilə də anbara tökülmüşdü.