TƏBRİZƏ

Azərbaycanın ən qədim şəhərlərindən birinin adındandır.
TƏBRİZ
TƏDBİR
OBASTAN VİKİ
Osmanlıların Təbrizə hücumu (1585)
Osmanlıların Təbrizə hücumu (1585) — Osmanlıların Səfəvi imperiyasının ərazisinin bir hissəsini zəbt etmək üçün ən mühüm cəhdlərindən biri idi. == Arxa plan == 1545-ci ilə qədər Osmanlı ordusunun Azərbaycana üç dəfə hücumu Səfəvi imperiyasının reaksiyasına səbəb olmuşdur. Amma 1548-ci il (iyunun 23-də Şah Təhmasibin vəfatından sonra hakimiyyətin təhvil verilməsində güclü padşahın olmaması səbəbindən imperiyada vəziyyət pisləşdi və ölkə bir çox daxili və xarici böhranlarla üzləşdi. İranlı tarixçi Nəsrullah Fəlsəfi o dövr haqqında hökmdarların zəif təsirindən, Qızılbaş başçılarının ixtilafından, ölkənin hərbi qüdrətini zəiflətməkdə olan əyalət hökmdarlarının üsyankar və itaətsizliyindən yazır. Qısa müddətdə Qızılbaş başçıları arasında üsyanlar və ixtilaflar o yerə çatdı ki, mərkəzi hökumətin vilayətlər üzərində nəzarəti aradan qaldırıldı və Səfəvi imperiyasının zəifliyi və nizamsızlığı xəbəri yayıldıqca Şah Təhmasib dövründə onun qüdrətindən qorxan xarici düşmənlər özlərində Səfəvi imperiyasının ərazisinə qərbdən və şərqdən hücuma keçməyə cəsarət tapdılar. Oruc bəy Bayatın sözlərinə görə: "vaxtilə Osmanlıların qəlbini titrəyə gətirən Şah Təhmasibin adı daha dillərdə qalmadığı üçün Sultan Murad bu fürsətdən istifadə edərək çoxlu məsləhətləşmələrdən sonra bu hücumu həyata keçirmək üçün ordusuna rəhbərlik etməyə Mustafa paşanı təyin etdi". Amma Osmanlı tarixçilərinin dediyi kimi, Osmanlının Səfəvi dövlətinin ərazisinə hücumu ilə bağlı şübhələri var idi. Türk tarixçisi Uzun Çarşlı Patçoy tarixinə istinad edərək bildirir ki, Sokullu Məhəmməd paşa Səfəvilər ilə müharibənin problemlərini dəfələrlə şaha vurğulamışdı. Onun Səfəvi İranına qarşı müharibəyə qarşı arqumentləri belə idi: “Birincisi odur ki, qullar (əsgərlər nəzərdə tutulur) azad ediləcək, onların maaşları və məsrəfləri artırılacaqdır. Təbəələr (yəni kənd camaatı) həm vergi yükü, həm də əsgərlərin təcavüzü ilə sıxışdırılır.
Təbrizək
Təbrizək (fars. تبريزق‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 96 nəfər yaşayır (22 ailə).
Təbrizək (Mahnişan)
Təbrizək (fars. تبریزک‎) — Zəncan ostanının kəndlərindəndir ki, Mahnişan şəhristanının Məkəzi bəxşinin Qızılkeçili qəsəbəsində yerləşir. 2006-cı il məlumatına görə kənddə 271 nəfər yaşayır (64 ailə).
Təbrizək (Xürrəmdəşt)
Təbrizək və ya Tərvizək (az.-əbcəd. تبریزک‎, fars. طرویزک‎) — İranın Qəzvin ostanının Takistan şəhristanının Xürrəmdəşt bəxşinin Əfşariyyə dehistanının ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,019 nəfər yaşayır (311 ailə). Kəndin əhalisini Azərbaycanlılar təşkil edir, Azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.