TƏFAVÜT

is. [ ər. ] İki adam və ya iki şey arasındakı fərqli cəhət; fərq.
[Tarverdi:] Fəqət yenə bilmədim ki, şeytan ilə bu Aslanın təfavütü nədədir? C.Cabbarlı.
[Qoca:] Bizim üçün şah və gəda – təfavütü yoxdur. A.Divanbəyoğlu.

□ Təfavüt qoymaq – bir-birindən fərqləndirmək, fərq qoymaq. Duz ilə doşaba təfavüt qoymur. ( Ata. sözü ).
Təfavüt etməmək (eləməmək) – fərqi olmamaq.
[Mozalan bəy:] Sizin üçün də təfavüt eləməz. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏFAVÜT TƏFAVÜT [Pərvizxan:] Birdə siz cənab nə üçün ağa ilə nökərə təfavüt qoymursunuz? (M.S.Ordubadi); FƏRQ Fəqət ikisinin məhəbbətində bir az fərq var idi
  • TƏFAVÜT fərq — ayrılma
TƏƏŞŞÜQ
TƏFCİMƏK

Digər lüğətlərdə