TƏMKİNLİ

sif.zərf Ağır, ağır sanballı, vüqarlı; özünü ələ ala bilən, özünü itirməyən, halını pozmayan. Təmkinli adam.
– Yapıncılı kişi çox mülayim və təmkinli danışırdı. Ə.Vəliyev.
Qaranlıqdan Azadın sakit və təmkinli səsi eşidildi. Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏMKİNLİ təmkinli bax 1. vüqarlı; 2. ciddi; 3. səbirli
  • TƏMKİNLİ möhkəm — mətanətli — səbirli
  • TƏMKİNLİ tərbiyəli — ədəbli — ağır — təvazökar — ciddi
  • TƏMKİNLİ vüqarlı — təşəxxüslü — görkəmli — heybətli

Antonimlər (əks mənalı sözlər)

  • TƏMKİNLİ TƏMKİNLİ – KƏMHÖVSƏLƏ Vera çox təmkinli qadın idi (İ.Şıxlı); Nə kəmhövsələ qızsan (C.Əmirov)
TƏMKİN
TƏMKİNLİLİK

Digər lüğətlərdə