TƏRƏFDAR

is. [ ər. tərəf və fars. …dar] Birinin tərəfini saxlayan, tərəfində duran, onu müdafiə edən adam; tərəfgir.
Molla Xəlil açıqdan-açığa görürdü ki, kənddə müəllimin tərəfdarları vardır. S.Hüseyn.
Çıxmısan meydana, yalqızsan, tərəfdarın hanı? Ə.Nəzmi.

// Hər hansı bir dünyagörüşünə, əqidəyə, məfkurəyə şərik olan, onu müdafiə edən; müdafiəçi. Sülh tərəfdarları. Demokratiya tərəfdarı.
[İşçilərdən biri:] Bizə nə düşübdür ki, Nikolaya tərəfdar olaq. C.Cabbarlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏRƏFDAR TƏRƏFDAR (birinin tərəfini saxlayan) Bircə müdirə yaxın və tərəfdar hesab olunan mühasib Təhməz nə başını tərpətdi, nə dilini (M
  • TƏRƏFDAR havadar — himayədar
  • TƏRƏFDAR sədaqətli — sadiq

Antonimlər (əks mənalı sözlər)

  • TƏRƏFDAR TƏRƏFDAR – ƏLEYHDAR Namizədin tərəfdar və əleyhdarını müəyyən etmək üçün komissiya ayrıldı (“Jurnalist”)
TƏRƏF
TƏRƏFDARLIQ
OBASTAN VİKİ
2014-cü il Şotlandiyanın müstəqilliyi haqqında referendumda tərəfdarların siyahısı
Bu siyahıda 2014-cü ildə keçirilən Şotlandiyanın müstəqilliyi haqqında referendumda ictimaiyyətə açıq bir fikir bildirən şəxslər və təşkilatlar sıralanmışdır. Siyahıya daxil olan şəxslərin hamısı referendumda səs veməyib.

Digər lüğətlərdə