TƏXƏRRÜŞ

is. [ ər. ] Xarici mühitin, bir şeyin (səs və s.-nin) orqanizmə və ya onun bir hissəsinə təsiri nəticəsində əmələ gələn hal; qıcıqlanma, qıcıq.
□ Təxərrüşə gəlmək – qıcıqlanmaq.
[Əsgər:] Birdən onlara yox, bizimkilərə dəydi, – deyə, düşünərək təxərrüşə gəlmiş əsəblərini sakit eləməyə başladı. M.Hüseyn.

Təxərrüşə gətirmək – qıcıqlandırmaq. Spirt mədə şirəsinə qarışıb onun tərkibini dəyişdirir, selik qişasını təxərrüşə gətirib, iltihab, yara və mədə xərçəngi kimi xəstəliklər törədir.
TƏXƏLLÜSLÜ
TƏXƏYYÜL

Digər lüğətlərdə