TƏZƏCƏ


1. sif. Təzə, təptəzə. Təzəcə paltar. Təzəcə şey.
2. zərf Yenicə, lap yaxında. Xiyar təzəcə çıxmışdır.
Evə təzəcə gəlmişdim ki… – Samirə orta məktəbi bitirəndə on yeddi yaşına təzəcə girmişdi. M.Hüseyn.
Gördü, otlar təzəcə baş qaldırıb cücərir; İlk bahar dağ-dərəyə yamyaşıl xalça sərir. B.Vahabzadə.

TƏZƏBİNƏ
TƏZƏDƏN

Digər lüğətlərdə