1. Bir adamı, şeyi və s. görərkən, keçmişdə onunla tanış olduğunu, tanışlığını xatırlamaq. Cəbhə dostunu tanımaq. Keçmiş sinif yoldaşını tanımaq.
// Tanış olmaq, tanışlığı olmaq. [Yaqut:] Onu tanıyıram.
Adı Yaşardır.
[Süleyman:] Bəy, sən onun özünü tanımasan da, atasını yaxşı tanıyarsan.
// Bilmək, başqalarından fərqləndirmək, kim olduğunu seçmək. Sizi birdən-birə tanımadım. Bu adamı tanımadın? Yerişindən tanımaq.
– Aslan Səlminaz arvadı səsindən tanıyıb, cəld pəncərəyə yanaşdı.
// Ayırd edə bilmək, fərqləndirə bilmək, seçmək. Dostla düşməni tanımaq.
– Namərdlə mərdi tanı; El sevər mərd atanı; Oğul fərsiz çıxanda; Öldürər dərd atanı. ( ).
2. Bir adam və onun bütün xüsusiyyətləri haqqında aydın təsəvvürü olmaq, onu yaxşı bilmək. Mən onu tanıyıram, o belə iş görməz. Sən hələ onu yaxşı tanımırsan.
– [Yusif:] Elə ki mən [Şamdan bəyi] tanımışam, heç kəs tanımaz.
3. İtaət etmək, tabe olmaq. Kiçik böyüyü tanımayanda iş görmək çətindir.
4. Saymaq, əhəmiyyət vermək, hesablaşmaq. [İbrahim xan Məmməd bəyə:] …Kəlbəli qudurub, məni tanımaq istəmir.
Onun burnunu ovmaq lazımdır.
5. dipl. Yeni dövləti rəsmi dövlət kimi qəbul edib, onunla diplomatik əlaqə yaratmaq. Afrikada yaranmış yeni dövlətləri tanımaq.