TAP-TAP

təql. Təkrarlanan “tap” səsi.
Ayaqların tap-tupu arasından yalnız bu sözləri eşitmək olurdu. B.Talıblı.

TAP
TAP-TUP
OBASTAN VİKİ
Tap
Tap (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Tap Qaraqoyunlu — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Tap (film, 1989) — film.
Tap (Goranboy)
Tap — Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Tap kəndi dağətəyi ərazidədir. Keçmiş tam adı Tap Rus olmuşdur. XIX əsrdə Rus Borisi kəndindən ayrılmış rus ailələri Tap Qaraqoyunlu kəndi yaxınlığında saldığına görə belə adlandırılmışdır. Azərbaycan dilində tap “dağ döşündə, ətrafı dərə, yaxud yarğanla əhatə olunmuş kiçik düzən sahə”yə deyilir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 487 nəfər əhali yaşayır.
Tap Qaraqoyunlu
Tap Qaraqoyunlu — Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Tap Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 133,84 ha torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdir.İkinci Qarabağ müharibəsinə qədər kənd təcavüzkar ermənilər tərəfindən tez-tez atəşə tutuldu. == Tarixi == Kənd Qarabağ müharibəsi dövründə döyüşlərin getdiyi ərazilərə çox yaxın olduğundan Ermənistan ordusu bir neçə dəfə bura da hücum etmişdir. Lakin kəndi işğal etmək onlara nəsib olmadı. Müharibə dövründə və atəşkəsdən sonrakı 17 il ərzində Tap-Qaraqoyunlu kəndinin 38 sakini həlak olmuşdur. 2010-cu ilin oktyabrın 14-də Tap Qaraqoyunlu kəndində Azərbaycan ərazisindəki ikinci ən hündür bayrağın təntənəli açılışı olub. Dayaq hündürlüyü 65 metr olan bayrağın uzunluğu 18, eni isə 9 metrdir. Ölkənin yenilməz simvolu sayılan Azərbaycan bayrağı işğal altındakı ərazilərdən də aydın görünür. Kompleksin inşasını Dövlət Neft Şirkəti həyata keçirib və bu münasibətlə şirkətin prezidenti Rövnəq Abdullayev Tapqaraqoyunlu kəndinə gəlib. Rövnəq Abdullayev bütün cəbhəyanı ərazilərdə Azərbaycan bayrağının yüksəldiləcəyini və bu istiqamətdə işlərin getdiyini bildirib.
Tap Qaraqoyunlu bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tap görək (oyun)
Tap görək — Azərbaycan milli uşaq oyunu. == Yaş == 15 6-10 == Oyunçuların sayı == 1 == Oyun qaydası == Bir dəstə uşaq bir yerə yığılır və hər bir uşağa ad qoyulur. Eləcə də adlarına müvafiq onların yeyəcəyi xörək təyin edilir. Məsələn: uşaqların biri dovşan yediyi-kələm; ikinci adam yediyi-cörək, üçüncü kirpi yediyi-ilan, dördüncü tülkü yediyi-toyuq, beşinci toyuq yediyi-darı, altıncı qarğa yediyi-pendir. Uşaqlar dairə vurub otururlar. Onlardan biri dairənin mərkəzinə gəlib barmağı və yaxud əlindəki ağac ilə yerdə dairə çəkə-çəkə deyir: karıxma-darıxma, darıxma-karıxma, karıxma-darıxma. O biri uşaqlar da barmaqları ilə və ya təbaşirlə dairə çəkə-çəkə karıxma-darıxma, darıxma-karıxma, karıxma-darıxma deyirlər. Dairənin ortasındakı uşaq birdən barmağını yuxarı qaldıraraq, yoldaşlarının birindən soruşur: yediyin nədir? Həmin uşaq çaşmayaraq qabaqcadan təyin edilən xörəyin adını düzgün söyləyərsə oyun davam edər. Uşaqlar yenə karıxma-darıxma, kəliməsini təkrar edirlər.

Digər lüğətlərdə

инду́ска препира́ние прима́ночный прорица́тельница просе́чься распла́станный ша́ровый безвла́стный искривля́ться отсро́чить перераба́тываться скры́тность схе́мка химика́ты курдупель маньяк co-chairman dilemma hopper wagon mailed Selina semigovernmental вздор соболиный ужариться