TAPŞIRMAQ

f.
1. Həvalə etmək, üzərinə qoymaq.
Səadət xanım Səriyyə xala və Gülnaza bəzi işlər tapşırdı. M.İbrahimov.
Sədəf xala təzəcə yoldan gəldiyindən çay hazırlamağı Sürmə xalaya tapşırmışdı. S.Rəhman.

2. Birisinin və ya bir şeyin qayğısına, qeydinə qalmağı həvalə etmək; inanaraq, etibar edərək öhdəsinə buraxmaq, himayəsinə buraxmaq; qızmaq. Ona şey tapşırmaq olmaz.
– Əmioğlumun peşəsi qoyun saxlamaq idi və qoyunları da … çobanlara tapşırmışdı. C.Məmmədquluzadə.
[Afaq:] İlyas, körpə Məmmədimi sənə tapşırıb gedirəm, – dedi… Ə.Məmmədxanlı.

◊ Torpağa tapşırmaq tənt. – bax torpaq.
Can (canını) tapşırmaq – bax can.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TAPŞIRMAQ TAPŞIRMAQ [Xudayar bəy:] Eşşəyin sahibi sənə kimin yanında eşşək tapşırıb (C.Məmmədquluzadə); HƏVALƏ ETMƏK Əmiraslan ağa: Qəhrəman qızım, babalarımız
TAPŞIRMA
TAR₄

Digər lüğətlərdə