TÜSTÜLƏNMƏK

f. Tüstü buraxmaq, tüstüsü çıxmaq, tüstülənmək.
Kəndçi də söylənir: – Ədalət hanı? Yanıb tüstülənir ağac qəlyanı. S.Vurğun.
Ocaq tüstülənir… o fikirlidir; Uşaqlıq çağımı yadına düşdü? H.Hüseynzadə.

// Tüstü ilə dolmaq, tüstü qalamaq. Otaq bərk tüstülənib.
// Alovsuz yanmaq, zəif yanmaq, alışmadan yanmaq, közərmək. Fitil tüstülənir. Kömür tüstülənir.
TÜSTÜLƏNMƏ
TÜSTÜLƏTMƏ

Digər lüğətlərdə