TƏFƏRRÜAT

[ ər. “təfərrü” söz. cəmi]
1. Əsas mətləbə az dəxli olan təfsilat; ikinci dərəcəli əhəmiyyəti olan məsələlər, xırda məsələlər.
// Bir şeyin ən kiçik, ən xırda, ən incə cəhətləri.
Bir nöqtə, kiçicik bir cizgi və təfərrüat belə yerinə düşməsə o, sənət əsərini korlaya bilər. S.Rəhimov.
Dilbər ekskavator üstündəki görüşün bütün təfərrüatını xatırlayaraq bu fikri başından qovdu. Ə.Sadıq.

2. Təfərrüatla şəklində zərf – incədənincəyə, müfəssəl şəkildə, ətraflı, hərtərəfli, təfsilatla.
[Rəşid:] [Bəyim xala] cəmi-cümlətanı iki kərə mənim suallarıma bir qədər təfərrüatla cavab vermişdi. İ.Hüseynov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏFƏRRÜAT müfəssəl — təfsilat
TƏFƏKKÜR
TƏFRİQƏ
OBASTAN VİKİ
Cinayət təfərrüatlardadır (kitab)
Cinayət təfərrüatlardadır ― Artur Konan Doyl tərəfindən yazılmış kitab. == Haqqında == "Qadının intuisiyası bəzən ən məntiqli nəticədən belə daha dəyərli ola bilər. Onların mürəkkəb beyinləri ilə düzüldüyü ssenariləri nəzərə aldığınızdan əmin olun. Bunlar heç ağlınıza belə gətirmədiyiniz nəticələrə səbəb olanda haqlı olduğumu biləcəksiniz." Dünyaca məşhur detektiv Şerlok Holms bənzərsiz xarakteri və fərqli macəraları ilə illərdir oxucuları heyran etməyə davam edir. 56 heyrətamiz hekayədən ibarət seriyanın ilk kitabı "Ağıl oyunlarının kölgəsi"ndən sonra seriyanın ikinci kitabı "Cinayət təfərrüatlardadır"ın bitməsini istəməyəcəksiniz. "Yaxşı bir müşahidəçi tək bir ipucu əldə etdikdə o, nəinki baş verdiyini, həm də bundan sonra nələrin baş verə biləcəyini görməlidir." Şerlok Holms == Xarici keçidlər == Suç Detayda Saklıdır [1] Suç Detayda Saklıdır [2] == İstinadlar == "Ali və Nino".

Digər lüğətlərdə