TƏKRARLAMAQ

f. Təkrarən etmək, bir şeyi neçə dəfə etmək; bir sözü yenə də, bir daha, yenidən söyləmək.
Elə bil təbiət bir şair kimi; Sevdiyi misranı təkrarlamışdır. N.Xəzri.
[Səməndər:] İki-üç anlamazın dediklərini niyə təkrarlayırsan, ay ana? B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏKRARLAMAQ möhkəmləndirmək
TƏKRARLAMA
TƏKRARLANMA

Digər lüğətlərdə