TƏLƏFAT

is. [ ər. “tələf” söz. cəmi] Hərbi əməliyyat, təbii fəlakət, qəza və s. nəticəsində sıradan çıxan adam, əşya, maşın, tikili və s.; zayeat.
Müəllim Mirzə Əliqulu bizə dedi ki, zəlzələnin zərəri nəhayətdir, xah can tələfatı, xah zərəri. C.Məmmədquluzadə.

□ Tələfat vermək – hərbi əməliyyat nəticəsində canlı qüvvə cəhətdən zayeata uğramaq, itki vermək.
[Zeynəb:] Düşmən çoxlu tələfat verib qaçdı. M.S.Ordubadi.
Vuruşma zamanı hər iki tərəf böyük tələfat vermiş(di). S.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏLƏFAT tələfat bax ölüm
  • TƏLƏFAT itki — zərər — ziyan — fəda — qurban
TƏLƏF
TƏLƏFFÜZ

Digər lüğətlərdə