TƏLƏSMƏK

f. Bir işi mümkün qədər tez, çapıq yerinə yetirməyə çalışmaq; səbirsizlik göstərmək, əcələ etmək.
Fərmanla Dilbər öz aralarında evlənmək işini danışıb qurtarsalar da, toy etməyə tələsmirdilər. Ə.Sadıq.
Şamama aramla danışsa da, bir az tələsirdi. Ə.Əbülhəsən.

// Tez-tez, becid getməyə səy etmək, bir yerə tez çatmağa çalışmaq.
Evimizdən ayrılanda çox da tələsmirdim. C.Məmmədquluzadə.
…Ağarza kəmərini bağlayıb … tələsdi. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏLƏSMƏK tezləşdirmək — sürətləndirmək

Etimologiya

  • TƏLƏSMƏK Qaqauz dilində alat sözü var və ruscaya спешка kimi tərcümə olunub. Alatlan kəlməsi isə tələsik (торопливо) kimi açıqlanıb
TƏLƏSMƏDƏN
TƏLƏT

Digər lüğətlərdə