TƏRAVƏTLƏNMƏK

f.
1. Təzələnmək, tərlənmək, lətafətli olmaq. Sulandıqda güllər təravətlənir.
– Aralanır buludlar; Təravətlənir otlar. A.Səhhət.

2. Sərinləşmək, sərin olmaq. Hava təravətlənir.
3. Sağlamlaşmaq, gümrahlaşmaq, canlanmaq. Dağda adam təravətlənir.
– Payız gəlib, meşələri solduranda körpə Bahar daha da təravətlənmişdi. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏRAVƏTLƏNMƏK canlanmaq — sağlamlaşmaq
  • TƏRAVƏTLƏNMƏK təzələnmək — dəyişmək
TƏRAVƏTLƏNMƏ
TƏRAVƏTLİ

Digər lüğətlərdə