TƏRGİTMƏK

f. Adət etdiyi pis və ya zərərli adətdən əl çəkmək, həmin işi daha etməmək. İçkini tərgitmək. Papirosu tərgitmək.
– Əsil məsələ [tənbəllərə, şöhrətpərəstlərə, aravuruşduranlara] bu xasiyyətləri tərgitməkdir. Ə.Sadıq.
Nə çıxar fikirdən, boş-boş xəyaldan; Tərgitmək gərəkdir bu pis vərdişi! B.Vahabzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏRGİTMƏK yadırğamaq — unutmaq

Antonimlər (əks mənalı sözlər)

  • TƏRGİTMƏK TƏRGİTMƏK – ALIŞMAQ Müxtəlif vasitələrə əl atdım, birtəhər idarənin yolunu ona tərgitdirdim (İ.Fərzəliyev); Xeyr, Həlimə xanım, mən həmişə gördüyümü d

Etimologiya

  • TƏRGİTMƏK Tərk etmək feilinin sadələşmiş formasıdır. Ala bilmərəm yerinə, alammaram dediyimiz kimi, tərk edərəm yerinə, də tərgidərəm işlədirik
TƏRGİTMƏ
TƏRHALVA

Digər lüğətlərdə