TƏƏSSÜFLƏNMƏK

f.
1. Təəssüf etmək, kədərlənmək, heyifsilənmək.
Həmzə isə artıq, məsələni gizlətməyin lüzumsuz olduğunu düşünüb, açıqca təəssüflənirdi. Ə.Əbülhəsən.
Kələntərli isə elə bil ki, … cavan oğlanla axıra qədər söhbət eləyə bilmədiyinə təəssüflənirdi. İ.Hüseynov.

2. Ürəkdən acımaq, heyifsilənmək, təəssüf etmək.
Bir çoxları qızın bağrı çatlamış olduğunu zənn edərək təəssüflənirdi. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏƏSSÜFLƏNMƏK heyfslənmək — peşmanlamaq — acımaq
  • TƏƏSSÜFLƏNMƏK məyuslaşmaq — pərtləşmək — dilxorlaşmaq
TƏƏSSÜFLƏNMƏ
TƏƏSSÜR

Digər lüğətlərdə