UCUZLAŞDIRMAQ

f.
1. Qiymətini aşağı salmaq, daha ucuz etmək. Sənaye mallarının qiymətini ucuzlaşdırmaq.
– Axır zamanlarda tikintinin hər yerində qənaət, maya qiymətini ucuzlaşdırmaq, israfa yol verməmək haqqında danışırdılar. Ə.Sadıq.

2. məc. Qiymətdən salmaq, qiymətsizləşdirmək, hörmətdən salmaq, etibardan salmaq, ayağa salmaq. Sözləri ucuzlaşdırmaq.
UCUZLAŞDIRMA
UCUZLAŞMA

Digər lüğətlərdə