ULTRAMİKROSKOP
ULULUQ
OBASTAN VİKİ
Harran Ulu məscidi
Harran Ulu məscidi (digər adı Firdevs Məscidi) — Türkiyənin Harran şəhərində məscid. == Tarixi == Əməvi hökmdarı II Mərvan tərəfindən tikilmişdir. 1269-cu Monqollar tərəfindən dağıdılmışdır. Xarab vəziyyətdə olan məscid 800 ildən sonra 2019-cu ildə restavrasya olunmağa başlanmışdır.
Qaoçe Ulu Bəyliyi
Qaoçe Ulu Bəyliyi — 487-ci ildə Afuçjilo bəyin başçılığı altında Jujan xaqanlığından müstəqil olaraq yaradılmış dövlətdir. == Tərkibi və qurulması == Qaoçelər 6 qəbilə və 12 ailədən ibarət idi. Qaoçelər Şelun tərəfindən fəth olunmuşdular. Fufuluo ailəsinin başçısı Afuçjilo 487-ci ildə Yuyçzülyü Tuluna üsyan edərək şimala köçdü və 490-cı ildə Yueban xaqanlığını işğal edərək Qaoçe Ulu Bəyliyini qurdu. == Yüksəlişi == Afuçjilo ordusunu hələ 481-ci ildə Qaoçanq krallığına yürüş etdirərək Jujan xaqanlığının vassalı olan kral Kan Şoquini öldürərək yerinə öz adamlarından biri olan Çanq Menminqi yerləşdirdi. Qaoçanq krallığı artıq Qaoçe bəylinin vassalı halına gəldi. Göytürklər dövrünə qədər Şərqi Türkistan Jujanların əlindən çıxıb Qaoçelərin əlinə keçdi. == Ağ Hunlardan asılılıq == 503-cü ildə Afuçjilodan sonra taxta keçən Biliyan bəy 505-ci ildə üsyan nəticəsində devrildi. Bu fürsətdən istifadə edən Ağ Hunların imperatoru Mihiraqula Afuçjilonun əmisi nəvəsi Mietunu bəy olaraq təyin etdi. Mietu dövründə bəylik gücləndi 508-ci ildə Jujan xaqanı Yuyçzülyü Futu onun tərəfindən öldürüldü.
Ulu-Tərəkəmə
Ullu-Tərəkəmə və ya Ulu-Tərəkəmə — Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. Kənd Ulluçay (və ya Uluçay) sahilində, dənizsahili düzənlikdə Dərbənd şəhərindən 37 km şimali-qərbdə yerləşir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,308 nəfər azərbaycanlı yaşamaqda idi.
Ulu (Xudafərin)
Ulu (fars. اولي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 300 nəfər yaşayır (70 ailə).
Ulu Ana
Ulu Ata
Ulu Qarabəy
Ulu Qarabəy (əvvəlki adı: Metsşen, daha əvvəl rusdilli mənbələrdə: Ullu-Karabek) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Ulu Qarabəy kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Metsşen kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Metsşen kəndi Ulu Qarabəy kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ulu Qarabəy kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə, vaxtilə Turaçayçayın Tərtər çayına töküldüyü yerdə mövcud olmuş Bəhram Qoçaq adlı kənd 1794–1795-ci illərdə Ağa Məhəmməd şah Qacarın hücumu zamanı dağıdılmışdı. Sonralar əhali burada Ulu Qarabəy, Kiçik Qarabəy və Yengicə məntəqələrini yaratdılar. Çar Rusiyası Azərbaycanın şimalını işğal etdikdən (XIX əsr) sonra İrandan köçüb gəlmə erməni ailələri Ulu Qarabəydə yerləşdirildi və kəndin adı erməniləşdirilərək Metsşen (böyük kənd) adlandırıldı. 1992-ci ildə kəndin keçmiş adı bərpa olundu.
Ulu juz
Ulu jüz (qaz. Ұлы жүз) — Yeddisu, Cənubi Qazaxıstan ərazilərində, qərbi Çinin müasir ərazilərinin və Özbəkistanın Daşkənd vilayətinin bir hissəsində yerləşən qazax tayfaları. XIX əsrdə ulu jüzdəki qazax əhalisinin sayı 550 nəfər idi. == Tarixi == 1360-1361-ci illərdə Çağatay ulusunu bərpa etməyə çalışan Moğolustan xanı Tuğluq Teymur xan Mavəraünnəhrə iki dəfə səfər etdi. Onlarda qələbələr qazanaraq oğlu İlyas xocanı Mavəraünnəhrin xan taxtına qaldırdı. Moğolustana qayıdan Toğluq Teymur xan vəfat etdi və bu, İlyas xocanı taxt-taca varislik məsələləri ilə məşğul olmaq üçün Mavəraünnəhrdən getməyə məcbur etdi ki, bu da Orta Asiyada siyasi vəziyyəti dəyişdi. Əmir Teymur İlyas xoca ilə döyüşə qalxdı. Onların arasında bir neçə döyüş baş verdi. İlyas xoca alçaldıcı məğlubiyyətə uğradı. Bundan sonra o, Moğolustanda yeni ordu toplayıb yenidən Teymurun əleyhinə çıxdı.
Ulu körpü
Ulu körpü — Qax rayonu ərazisində yerləşən orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidəsi. Körpü İlisu kəndinə gedən yolda Kürmükçayın üzərində salınmışdır. İnşa tarixi XVIII əsrə aid edilir. Dörd kərpic qalınlığındakı tağbəndin aşırımı 14,6 metrdir. Kənd ağsaqqallarının söylədiklərinə görə, körpü el sənətkarı usta Ömər tərəfindən inşa edilib. Deyilənlərə görə körpünün inşasında yumurta sarısından da istifadə olunub.
Ulu məscid
Ulu məscid — 1700-cü ilə aid tarix-memarlıq abidəsi, məscid. Azərbaycanın Qax rayonunun İlisu kəndində yerləşir. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == İlisu kəndində vaxtilə mövcüd olmuş 9 məsciddən 7-si dövrümüzə qədər salamat qalmışdır. Məscidlərin ən böyüyü və qədim tarixə malik olanı Came məscidi olduğu ücün yerli əhali onu Ulu məscid adlandırmışdır. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə məscid, ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Ulu jüz
Ulu jüz (qaz. Ұлы жүз) — Yeddisu, Cənubi Qazaxıstan ərazilərində, qərbi Çinin müasir ərazilərinin və Özbəkistanın Daşkənd vilayətinin bir hissəsində yerləşən qazax tayfaları. XIX əsrdə ulu jüzdəki qazax əhalisinin sayı 550 nəfər idi. == Tarixi == 1360-1361-ci illərdə Çağatay ulusunu bərpa etməyə çalışan Moğolustan xanı Tuğluq Teymur xan Mavəraünnəhrə iki dəfə səfər etdi. Onlarda qələbələr qazanaraq oğlu İlyas xocanı Mavəraünnəhrin xan taxtına qaldırdı. Moğolustana qayıdan Toğluq Teymur xan vəfat etdi və bu, İlyas xocanı taxt-taca varislik məsələləri ilə məşğul olmaq üçün Mavəraünnəhrdən getməyə məcbur etdi ki, bu da Orta Asiyada siyasi vəziyyəti dəyişdi. Əmir Teymur İlyas xoca ilə döyüşə qalxdı. Onların arasında bir neçə döyüş baş verdi. İlyas xoca alçaldıcı məğlubiyyətə uğradı. Bundan sonra o, Moğolustanda yeni ordu toplayıb yenidən Teymurun əleyhinə çıxdı.
Adana Ulu məscidi
Adana Ulu məscidi — Adanada yerləşən XVI əsrdən qalma tarixi bir məsciddir. Adana Ulu məscidi adı ilə tanınır. Ramazanoğulları bəyliyinin şah əsəri olan məscid, şəhərin ən mühüm tarixi tikililərindən biridir. 1998-ci ildə Sabancı mərkəz məscidinin istifadəyə verilməsinə qədər Adananın ən böyük məscidi olma xüsusiyyətini saxlamışdır. Tikintisinə Ramazanoğlu Xəlil Bəy tərəfindən 1509-cu ildə başlanıb. Xəlil Bəyin ölümündən sonra tikintisi oğlu Piri Mehmet Paşa tərəfindən 1541-ci ildə tamamlanıb. Ramazanoğlu Xəlil Bəy və Piri Mehmed Paşa ilə Mehmet Paşanın iki oğlu məscidinin cənub-şərqindəki 1541-ci il tarixli türbəsində dəfn olunublar. Məscidin memarlığı Səlcuqlu və Məmlük üslubundadır. Divarları qara ağ mərmər daşlarla bəzədilmişdir. Qərb və şərq istiqamətində qapıları var.
Bursa Ulu məscidi
Bursa Ulu məscidi — əvvəl təkkə olaraq tikilib, sonradan məscid kimi istifadə edilməyə başlamasına baxmayaraq çox sütunlu məscid sxeminin ən klassik və monumental nümunəsi sayılır. I Bəyazid tərəfindən 1396-1399-cu illər arasında tikilmişdir. Düzbucaqlı planlı məscid təxminən cəmi 5 min kvadrat metr ölçüdə olub, 20 qübbə ilə örtülüdür. Səkkizbucaqlı halqalara oturan günbəzlər mehrab divarına dik beş cərgə halında düzülmüşdür. Ulu Məscid, bəzi din adamları tərəfindən İslamın 5-ci ən yüksək mərtəbəsində olan ibadətgah kimi qəbul etmişdilər. İslamda ən yüksək mərtəbəli məscid, Məkkədəki Məscid-i Haram, digərləri Mədinədəki Məscid-i Peyğəmbər, Qüdsdəki Məscid-i Axsa, Şamdakı Emeviye Məsciddir. Beşincilik bəzilərinə görə Anadoluda inşa edilən ilk məscid olan Diyarbəkirdəki Ulu Məscidə aiddir. Ancaq Əmir Sultan, Akşemsettin, Molla Gürani kimi din xadimlərinin bildirdiklərinə görə beşincilik Bursadakı Ulu Məscidindi. Ulu məscid, Bursanın ən görkəmli məscid və ən mühüm tarixi tikililərindəndir. Övliya Çələbinin ifadəsi ilə Bursanın Ayasofayasıdır.
Ulu Öndər (kitab)
Yeddi Ulu Ozan
Yeddi Ulu Ozan — Ələvilikdə söylədikləri deyişlərlə Ələvi inancını xalqa başa salan və yaradıcılıqları yaşadıqları dövrdən bu günə şifahi və yazılı ədəbiyyat yolu ilə çatdırılan kimisi hökmdar-şair, kimisi xalqdan, kimisi də Əhli Beyt nəslindən gələn şəxslər. == Etimologiya == Yeddi Ulu Ozan Ələvilik, 12 İmamlara bağlılıq və dövrün siyasi problemləri haqqında xalqı maarifləndirən şəxslərdir. Onlar o dövrdə geniş yayılmış ərəb və fars dillərini bilmələrinə baxmayaraq əsərlərini xalqın anladığı türk dilində yaradırdılar. İnanca görə həm Ələvilik inancı uğrunda apardıqları mübarizə və qatlaşdıqları zülm, həm də ədəbi əsərlərinin insanları cəzb etmə xarakteri səbəbilə onlardan sonra gələn ozanlar Yeddi Ulu Ozandan təsirlənmişdir. Sadalanan bu səbəblərdən başqa bəzilərinin Əhli Beyt nəslindən gəlməyi də bu ozanların bu gün qədər Yeddi Ulular olaraq adlandırılmasına səbəb olmuşdur. Demək olar ki, cəm evlərində oxunan deyişlərin hamısı bu ozanlara aiddir. Müqəddəs bir əmanət kimi nəsildən nəsilə keçən bu deyişlərin özünəməxsus ədəbi quruluşu və Ulu Ozanların lazım gəldikdə ölümdən çəkinməmələri onları xalq gözündə ululaşdırmışdır. Yeddi Ulular haqqında daha çox Türkiyə, Azərbaycan, Bolqarıstan, Makedoniya, Suriya və İranda, eləcə də keçmiş SSRİ-də araşdırmalar aparılmış, məqalələr nəşr olunmuşdur.
Yeddi ulu şair
Yeddi Ulu Ozan — Ələvilikdə söylədikləri deyişlərlə Ələvi inancını xalqa başa salan və yaradıcılıqları yaşadıqları dövrdən bu günə şifahi və yazılı ədəbiyyat yolu ilə çatdırılan kimisi hökmdar-şair, kimisi xalqdan, kimisi də Əhli Beyt nəslindən gələn şəxslər. == Etimologiya == Yeddi Ulu Ozan Ələvilik, 12 İmamlara bağlılıq və dövrün siyasi problemləri haqqında xalqı maarifləndirən şəxslərdir. Onlar o dövrdə geniş yayılmış ərəb və fars dillərini bilmələrinə baxmayaraq əsərlərini xalqın anladığı türk dilində yaradırdılar. İnanca görə həm Ələvilik inancı uğrunda apardıqları mübarizə və qatlaşdıqları zülm, həm də ədəbi əsərlərinin insanları cəzb etmə xarakteri səbəbilə onlardan sonra gələn ozanlar Yeddi Ulu Ozandan təsirlənmişdir. Sadalanan bu səbəblərdən başqa bəzilərinin Əhli Beyt nəslindən gəlməyi də bu ozanların bu gün qədər Yeddi Ulular olaraq adlandırılmasına səbəb olmuşdur. Demək olar ki, cəm evlərində oxunan deyişlərin hamısı bu ozanlara aiddir. Müqəddəs bir əmanət kimi nəsildən nəsilə keçən bu deyişlərin özünəməxsus ədəbi quruluşu və Ulu Ozanların lazım gəldikdə ölümdən çəkinməmələri onları xalq gözündə ululaşdırmışdır. Yeddi Ulular haqqında daha çox Türkiyə, Azərbaycan, Bolqarıstan, Makedoniya, Suriya və İranda, eləcə də keçmiş SSRİ-də araşdırmalar aparılmış, məqalələr nəşr olunmuşdur.
Ulu məscid (Van)
Ulu məscid — Türkiyənin Van ilinin köhnə Van şəhəri ərazisində yerləşən Qaraqoyunlu dövrü memarlıq abidəsi. ==== Tarixi ==== Abidə Van şəhərinin mərkəzində Təbriz qapı ilə Orta qapı yollarının kəsişməsində yerləşir. Günümüzdə qalıntıları qalan abidənin heç bir kitabəsi tapılmayıb. Bu səbəbdən onun tikilmə tarixi ilə bağlı tarixşünaslıqda dəqiq fikir yoxdur, lakin bu barədə prof. Oqtay Aslanpanın verdiyi tarix daha dəqiq hesab edilir. 1970–1973-cü illər arasında apardığı qazıntılar nəticəsində Oqtay Aslanpa abidənin Qaraqoyunlu Qara Yusifin səltənət dövründə inşa edildiyini söyləmişdir.O bildirir ki, qazıntıdan tapılan sərdabə qalıqları, divar bəzəkləri, məhlulun növü və texnikası da bu fikri təsdiq edir. Daha sonra bu fikir Culs Laurenin Türkiyə səyahəti ilə bağlı yayımladığı kitabında da öz əksini tapmışdır. O yazır ki, mərkəzləri Ərciş olan Qaraqoyunluların ən görkəmli abidəsi Vandakı Ulu məscididir. Tarixşünaslıqda Oqtay Aslanpanın irəli sürdüyü bu fikir bir çox tarixçi tərəfindən də dəstəklənir. Abidənin tarixi ilə bağlı bir digər fikir Faruq Sümər tərəfindən irəli sürülmüşdür.
Bayburt Ulu məscidi
Bayburt Ulu məscidi — Bayburt vilayətində yerləşən cümə məscidi. Anadolu Səlcuqlu Sultanlarından III Qiyasəddin Məsudun dövründə tikildiyi qəbul edilir. İlkin planına sadiq qalaraq 1970-ci illərdə yenidən qurulmuşdur.
Afyonkarahisar Ulu Məscidi
Afyonkarahisar Ulu Məscidi — Türkiyənin Afyonkarahisar şəhərinin mərkəzində yerləşən taxta dirəkli monumental məscid. 1272-1277-ci illər arasında inşa edilən məscid, Anadolu Səlcuqlular dövrünün taxta sütunlu məscid memarlığının mühüm nümunələrindən biridir. == Tarixi == Məscid 13-cü əsrdə Anadolunun monqol hakimiyyəti altında olduğu dövrdə şəhərin ən qədim yaşayış məskənlərindən olan Xıdırlıq təpəsi ilə Afyonkarahisar qalası arasındakı dərin vadidə inşa edilmişdir. Məsciddə tapılan kitabələrə və dövrün hadisələrinə əsasən onun 1272-1277-ci illər arasında tikildiyi güman edilir. O zamanlar “Karahisar” adı ilə tanınan Afyon, bu dövrdə Anadoluda qurulan ilk bəyliklərdən biri olan Sahib Ataoğulları Bəyliyinin paytaxtı olmuşdur. Şimal istiqamətindəki əsas giriş qapısının üzərindəki kitabədə məscidin Sahibita Nüsrədiddin Həsən tərəfindən tikildiyi yazılır, buna görə də bir çox mənbələrdə binanın qurucusu Sahibita Nüsrədiddun Həsən kimi qeyd olunur. Lakin bu yazının orijinal olmadığı və məsciddəki digər yazılardan istifadə edilərək yazıldığı iddia edilmişdir. Başqa bir fikrə görə, məscidi mehrabda adı keçən Sivastosoğlu Əli bəy tikdirmişdir. Məscid 19-cu əsrə qədər Xocabəy məscidi kimi tanınırdı. 19-cu əsrdən etibarən "Böyük Məscid" adlandırılmağa başladı.
Akşehir Ulu Məscidi
Akşehir Ulu Məscidi — Akşehir Ulu Məscidi Akşehirdəki tarixi məsciddir. == Tarixi == Tikinti tarixi dəqiq olmasa da, minarənin üzərindəki yazıya görə minarənin tikilmə tarixi 1213-cü ildir. Minarə Əbu Səid İbrahim tərəfindən tikilmişdir. Bu tarix Anadolu Səlcuqlu sultanı I İzzəddin Keykavus (1211–1220) dövrünə uyğun gəlir. Buna görə də məscid binası daha qədim olmalıdır. Məscid I Əlaəddin Keykubad dövründə (1220–1237) genişləndirilib. Keramika mehrab XV əsrdə əlavə edilib, şimal divarına bitişik olan fəvvarə və bulaq Osmanlı dövrü əlavələridir. Fəvvarənin üzərindəki yazıya görə, bu əlavələri 1811-ci ildə Cihanbəyli Yaralı Yusuf adlı şəxs tikdirmişdir. == Yerləşmə yeri == Məscid Konya vilayətinin Akşehir rayonunda Akşehir muzeyi ilə üzbəüz Dudukadın küçəsində və 38°21′22″ şm. e.
Diyarbakır Ulu Məscidi
Diyarbakır Ulu Məscidi — Məscid Diyarbakır qalasının divarları üzərində, Harput qapısı ilə Mardin qapısını birləşdirən oxun qərbində yerləşir. == Tarixi == 639-cu ildə Diyarbakıra hakim olan müsəlman ərəblər tərəfindən şəhərin mərkəzindəki ən böyük məbəd olan Martoma kilsəsini məscidə çevirərək yaradılmışdır. Daha sonra 1091-ci ildə Böyük Səlcuq hökmdarı Məlikşahın göstərişi ilə məscid əsaslı təmirə məruz qalıb. Müxtəlif dövrlərdə dəfələrlə təmir olunmuşdur. 1115-ci ildə baş vermiş yanğın və zəlzələ nəticəsində içəridəki tağlar, sütunlar və bəzəkli daşlar hamısı məhv olmuşdur.
Malatya Ulu Məscidi
Malatya Ulu Məscidi — (Battalqazi Ulu Məscidi kimi də tanınır) Türkiyənin Malatya vilayətinin Battalqazi rayonunda şəhər divarları arasında yerləşən tarixi məsciddir. == Tarixi == Təxminən 1224-cü ildə Anadolu Səlcuqlu Sultanı I Əlaəddin Keykubad dövründə tikildiyi güman edilir. İrandakı Böyük Səlcuq İmperiyası Anadoluda məscid memarlıq ənənəsini təmsil edən bir nümunədir. Onun memarı Yakub Bin Ebubekirdir. Müxtəlif illərdə apardığı təmir nəticəsində onun ilkin memarlığında müəyyən dəyişikliklər baş vermişdir. 1273-1274-cü illərdə aparılan təmirlə binanın şimalına bir hissə əlavə edilmişdir. Sonuncu dəfə 1980-ci illərdə təmir olunub. Onun 2023-cü il fevralın 6-da baş verən zəlzələdə çökdüyü bildirilir.
Sivas Ulu Məscidi
Sivas Ulu Məscidi — Türkiyənin Sivas şəhərinin Mərkəz rayonunda yerləşən tarixi məscid. == Tarixi == 1196–1197-ci illərdə Kılıç Arslanın ölkəni 11 oğlu arasında bölüşdürdükdən sonra Sivas ilə Aksaray arasındakı bölgəyə Qutbəddin Məlikşah hakim olmuşdur. Həmin dövrdə məscidi Qızıl Arslan bin İbrahim tikdirib. Məscid 1212-ci ildə I İzzəddin Keykavus tərəfindən təmir edilmiş, minarəsi isə 1213-cü ildə tikilmişdir. 1955-ci ildə Sivas Qubernatorluğu tərəfindən bərpa edilərkən həm tikinti, həm də təmir kitabələri tapıldı.
Sivrihisar Ulu Məscidi
Sivrihisar Ulu Məscidi — Əskişəhərin Sivrihisar rayonunda yerləşən məscid. 1232-ci ildə tikilmiş məscid 1274-cü ildə bərpa olunaraq indiki formasını almışdır. 1440-cı ildə məscidə minarə əlavə edilmişdir. Dörd girişi olan məscidin damını altmış yeddi taxta sütun daşıyır. UNESCO məscidi 2016-cı ildə Ümumdünya İrs Siyahısına daxil edib.
Ərzurum Ulu Məscidi
Ərzurum Ulu Məscidi — Türkiyənin Ərzurum vilayətinin Yakutiyə rayonunda yerləşən məscid. Şəhərin ən qədim və ən böyük məscidi olan Ərzurum Ulu məscidi Atabəy məscidi kimi də tanınır. 1179-cu ildə Saltukilərdən Məlik Nəsirəddin Məhəmməd bəyin (1174–1185) dövründə tikilmişdir. == Tarixi == Malazgird döyüşündən sonra Anadoludakı ilk Türk bəyliyi Ərzurumda qurulan Saltuklu Bəyliyi olmuşdur. Bu bəylik Ərzurumu da özünə paytaxt elan etmişdir. Saltuklu bəyliyinin qurucusu Malazgirdin qələbəsində mühüm rol oynamış Əmir Saltukdur. Malazgird qələbəsindən sonra Bizans imperatoru IV Romanos Diogenin ölümü və müqavilə şərtlərinin yerinə yetirilməməsi ilə Sultan Alparslan sərkərdələrinə Anadoluda fəthləri davam etdirmələrini əmr etdi. Bunun əsasında Əmir Saltuk Ərzurum və ətrafını fəth edərək Saltukilər bəyliyini qurdu. Böyük Səlcuqlu dövlətindən yaranan Saltuklu Bəyliyi ilə Səlcuqlu memarlığı da Ərzuruma daxil oldu. Ərzurum vilayətində öz dövrünün nəhəng tikililəri indi tarixi abidələrdir.
Jıqan ulusu
Jıqan ulusu (saxa Эдьигээн улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Jıqansk kəndidir. == Coğrafiyası == Sahəsi - 140,2 min km²-dir. Saxanın şimalında yerləşir. Şimaldan Bulun ulusu ilə, şərqdən Even-Bıtantay, cənub-şərqdən Kobyay, cənub-qərbdən Vilyoy və qərbdən Olenok ulusları ilə həmsərhəddir. === Təbii şərait === Ulus Mərkəzi Yakut yaylasında, Verxoyansk silsiləsinin ətəklərində yerləşir. Ulus Lena çayını cənubdan şimala keçir. Lenanın çoxsaylı qolları ulus ərazisindən axır - Linde, Muna. Yanvar ayının orta temperaturu −36 ... −40 °C, iyul + 14 ...
Kiçik Ulukul
Kiçik Ulukul — Ufa şəhərinə daxil olan Kirov rayonu Ataevka kəndi, Ataevskaya küçəsinin şimalında yerləşir. == Ədəbiyyat == Синенко С. Г. Уфа старая и новая. — Уфа: Государственное республиканское издательство «Башкортостан», 2007. — 272 с. — 3000 экз.
Kobyay ulusu
Kobyay ulusu (saxa Кэбээйи улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi şəhər tipli Sanqar qəsəbəsidir. == Coğrafiyası == Sahəsi — 107,8 min km²-dir. Mərkəzi Saxanın şimal hissəsində yerləşir. Şimaldan Even-Bıtantay ulusu, şimal-şərqdən Verxoyansk, şərqdən Tompon ulusu, cənubdan Ust-Aldan, Nam və Qornı ulusları ilə, qərbdən Vilyoy ilə və şimal-qərbdən Jigan ulusu ilə həmsərhəddir. === Təbii şərait === Ulusun relyefi dağlıq və düzəndir: şimalda və şimal-şərqdə Verxoyansk silsiləsi, ulusun qalan hissəsi Mərkəzi Yakut ovalığı. Yanvar ayının orta temperaturu dağlarda −36 ° C-dən, vadidə −40 ° C-yə, iyul ayı dağlarda +10 ° C-dən, vadidə +18 ° C-ə qədərdir. Yağıntının miqdarı illik olaraq düzənliklərdə 200–250 mm, dağlarda isə 500–600 mm-ə düşür. Əsas çayları: Lena (Aldan və Linda çayları) və Vilyoy. Digər çayları: Lampu.ka (uzunluğu 299 km), Lunkubey (uzunluğu 114 km), Mundalıq (103 km uzun), Balamakan (65 km).
Kolıma körfəzi (Allayıaxa ulusu)
Kolıma körfəzi — Şərqi Sibir dənizinin cənub-qərb sahillərində yerləşən körfəz. İndigirka çayı mənsəbindən şərqdə yerləşir. Materik daxilinə 21 km məsafədə daxil olur. Eni ən enli yerdə 9 km-dir. Sahillərində tundra bitkiləri yayılmışdır. Əsasən hamardır. Körfəzə İndigirka çayının bir qolu olan Kolıma çayı tökülür. Körfəzdə öz adını buradan almışdır. Körfəzdə Teryuttyax və Emkerındinski adaları yerləşir. Çıxacaqda isə Kolesovski və Kolesovskaya Otmel adaları vardır Körfəzin yerləşdiyi ərazinin bir qismi bataqlaşmışdır.
Lena ulusu
Lena ulusu (saxa Лиэнскэй улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Lensk şəhəridir. == Coğrafiyası == Respublikanın cənub-qərbində, Prilenski yaylasının daxilində yerləşir. Rayonun ərazisi 77,0 min km²-dir. Ulus şimaldan respublikanın Mirnin, şimal-şərqdən Suntar, şərqdən Olyokmin ulusları, qərbdən və cənubdan İrkutsk vilayəti ilə həmsərhəddir. Böyük çayı: Lena çayı. Digər çayları: Vitim, Nuya, Peleduy. == Tarixi == Rayon 30 yanvar 1930-cu ildə yaranmışdır. == Əhalisi == Urbanizasiya Şəhər şəraitində (Lensk şəhəri, Vitim və Lepeduy qəsəbələri) ulus əhalisinin 87,15 % -i yaşayır. == Yerli özünü idarəetmə == Lena ulusu ərazisinə 3 şəhər və 8 kənd inzibati vahidliyinə ümumilikdə 19 yaşayış məntəqəsi daxildir.
Meqino-Xanqalas ulusu
Meqino-Xanqalas ulusu (saxa Мэҥэ Хаҥалас улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi şəhər tipli Nijnı Bestyax qəsəbəsidir. == Coğrafiyası == Sahəsi - 11,7 min km²-dir. Şimaldan Ust-Aldan, şimal-şərqdən Çurapçı, cənub-şərqdən Amqin, cənub-qərbdən Xanqalas, qərbdən Yakutsk şəhər dairəsi ilə həmsərhəddir. Bu Saxa Respublikasındakı ən kiçik ulusudur. Onun sahəsi respublikanın ən böyük ulusundan - Olenok ulusundan 27 dəfə kiçikdir. Lakin eyni zamanda ulusun sahəsi İsrail ərazisi ilə müqayisə olunur. === Təbii şərait === Ulus Mərkəzi Yakut ovalığı üzərində yerləşir. Cənub hissəsi Prilenski platosundadır. Ulusun qərb sərhədi Lena çayının qolları boyunca yerləşir.
Mirnı ulusu
Mirnı ulusu (saxa Мииринэй улууhа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Mirnı şəhəridir. == Coğrafiyası == Sahəsi 165,8 min km²-dir. Şimaldan və şimal-şərqdən Olenok ulusu, şərqdən Nyurba və Suntar ulusları, cənubdan Lena ulusu, qərbdən İrkutsk və Krasnoyarsk vilayətləri ilə həmsərhəddir. Bu ərazidə böyük bir anomal vadilərdən biri Ölüm vadisi yerləşir. === Təbii şərait === Relyefi platodur. Ulusun şimalında Vilyoy yaylası, cənubda Prilensi yaylası yerləşir. Böyük çayı Vilyoydur. Ulus ərazisində Vilyoy su anbarı yerləşir. Yanvar ayının orta temperaturu cənubda -32 ° C-dən şimalda -40 ° C, iyulda + 14 ...
Mirzə Uluqbəy
Muhamməd Torağay, Uluqbəy, Mirzə Uluqbəy, Məhəmməd Tarağay Uluqbəy (22 mart 1394, Sultaniyə, Zəncan ostanı – 27 oktyabr 1449, Səmərqənd) — riyyaziyyatçı,astronom, böyük alim və hökmdar və Teymurlular sülaləsindən olan dövlət adamı. Teymurləngin nəvəsi idi. Atası Şahruxun ölümündən sonra 1447-ci ildən Teymurilər sülaləsinin başçısı olmuşdur. Uluqbəy rəsədxanasında tərtib edilən ulduz kataloqu uzun müddət dünyada ən mötəbər kataloq sayılmışdır. Uluqbəy yaxşı elm adamı olduğu qədər, yaxşı dövlət adamı olmamışdır. Bir neçə döyüşü uduzmuş, 1480-ci ildə Herat əhalisini qılıncdan keçirtmişdir. Üsyan edən oğlunun qoşunlarına məğlub olandan sonra Məkkəyə getməyə icazə verilmiş, ancaq öz sözünün üstündə durmayan oğlu tərəfindən öldürülmüşdür. == Həyatı == Onun adını bütovlükdə Sultan Al əüd dövlə Uluq bəy Gurkan kimi yazırlar. Əmir Teymurun oğlu Sultan Şahruxun 1394-cü ilin martın 22-də, yəni xalqımız üçün əziz bir gündə, Novruz bayramında Azərbaycanın Sultaniyyə şəhərində doğulan ilk oğluna Muhamməd Torağay adı qoyurlar. Hökmdar nəslindən olan gənci də qısaca olaraq Turğay Mirzə deyə çağırılır.
Muoma ulusu
Muoma ulusu (saxa Муома улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Xonuu kəndidir. Ulus ərazisində Muoma milli parkı yerləşir. == Coğrafiyası == Yakutiyanın şimal-şərqində yerləşir. Rayonun ərazisində Çerski silsiləsinin ən yüksək nöqtəsi Pobeda dağı yerləşir. Sahəsi 104,6 min km²-dir. Cənubdan Oymoyakon, cənub-qərbdən Tompo, şimaldan Abıy, şimal-şərqdən Yuxarı kolıma, şimal-qərbdən Ust Yanski, qərbdən Verxoyansk ulusu ilə həmsərhəddir. Muoma ulusunun inzibati mərkəzi Xonuu kəndidir. Kənd Muoma çayının sağ sahilində yerləşir. Muoma çayı İndigirka çayının bir qoludur.
Məhəmməd Tarağay Uluqbəy
Muhamməd Torağay, Uluqbəy, Mirzə Uluqbəy, Məhəmməd Tarağay Uluqbəy (22 mart 1394, Sultaniyə, Zəncan ostanı – 27 oktyabr 1449, Səmərqənd) — riyyaziyyatçı,astronom, böyük alim və hökmdar və Teymurlular sülaləsindən olan dövlət adamı. Teymurləngin nəvəsi idi. Atası Şahruxun ölümündən sonra 1447-ci ildən Teymurilər sülaləsinin başçısı olmuşdur. Uluqbəy rəsədxanasında tərtib edilən ulduz kataloqu uzun müddət dünyada ən mötəbər kataloq sayılmışdır. Uluqbəy yaxşı elm adamı olduğu qədər, yaxşı dövlət adamı olmamışdır. Bir neçə döyüşü uduzmuş, 1480-ci ildə Herat əhalisini qılıncdan keçirtmişdir. Üsyan edən oğlunun qoşunlarına məğlub olandan sonra Məkkəyə getməyə icazə verilmiş, ancaq öz sözünün üstündə durmayan oğlu tərəfindən öldürülmüşdür. == Həyatı == Onun adını bütovlükdə Sultan Al əüd dövlə Uluq bəy Gurkan kimi yazırlar. Əmir Teymurun oğlu Sultan Şahruxun 1394-cü ilin martın 22-də, yəni xalqımız üçün əziz bir gündə, Novruz bayramında Azərbaycanın Sultaniyyə şəhərində doğulan ilk oğluna Muhamməd Torağay adı qoyurlar. Hökmdar nəslindən olan gənci də qısaca olaraq Turğay Mirzə deyə çağırılır.
Nam ulusu
Nam ulusu (saxa Нам улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Nam kəndidir. Kənd respublikanın paytaxtı Yakutskdan quru ilə 84 km, su yolu ilə 96 km məsafədə yerləşir. == Coğrafiyası == Mərkəzi Yakutiyada yerləşdi. Sahəsi - 11,9 min km²-dir. Relyef düzdür, ulus Mərkəzi Yakut düzənliyində yerləşir. Yanvar ayının orta temperaturu -42 °C, iyul + 17 ... + 18 °C arasında dəyişir. Yağıntının illik miqdarı 200–250 mm-dir. Ulusun ərazisindən axan ən böyük çay çoxsaylı Lenadır.
Neryunqri ulusu
Neryunqri ulusu (saxa Нүөрүҥгүрү улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Neryunqri şəhəridir. == Coğrafiyası == Neryungri rayonu 1975-ci ilin noyabrında Neryungri sənaye mərkəzi yarandıqdan sonra 1976-cı ildə qurulmuşdur. 1977-ci ildə Tında-Berkakit dəmir yolu xətti şəhərdən 15 kilometr məsafədə yerləşən Berkakit kəndinə çəkilir. Sonra rayonda uzun müddət bütün Uzaq Şərqin enerji mərkəzi olan dövlət rayon elektrik stansiyaları şəbəkəsi (Çulman Dövlət Rayon Elektrik Stansiyası, SBGRES, Neryunqri Dövlət Rayon Elektrik Stansiyası) meydana gəlir. Kömür yataqlarının və qızıl yataqlarının işlənməsinə başlanılır. Bu proses bu günə qədər davam edir. Bu sahə Neryunqi ulusu iqtisadiyyatının əsasını təşkil edir. 1980-1990-cı illərdə Neryunqrinin özünə və daha sonra Aldan ulusuna (Tommot qəsəbəsi) dəmir yolu çəkilir. 2008-ci ildə Neryunqri ulusu yenidən qurulur.
Nurəddin Uluxanlı
Nurəhməd Ulubəyov
Nyurba ulusu
Nyurba ulusu (saxa Ньурба улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın ən böyük sənaye, mədəni və inzibati uluslarından biridir. İnzibati mərkəzi Nyurba şəhəridir. == Coğrafiyası == Rayonun sahəsi 52,4 min km²-dir. Şimaldan cənuba doğru uzunluğu 275 km, qərbdən şərqə isə 187 km-dir. Rayon şimalda Olenyok ulusu, şərqdə Yuxarı Vilyoy ulusu, cənub və cənub-qərbdən Suntar ulus və şimal-qərbdən Mirnı ulusu ilə həmsərhəddir. === Təbii şərait === Ulus Mərkəzi Yakut düzənliyində yerləşir. Vilyoy çayı rayon ərazisi boyunca axır. Burada ona Marxa, Tyuken və Iıatta çayları birləşir. Yanvar ayının orta temperaturu −36 ...
Olenok ulusu
Olenok ulusu (saxa Өлөөн улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Olenok kəndidir. == Coğrafiyası == Ulusun sahəsi 318.0 min km²-dir. Saxanın ən böyük ulusudur. Sahəsi Saxa Respublikasındakı ən kiçik olan Meqino-Xanqalas ulusundan 27 dəfə daha böyükdür. Ulus şimaldan Anabar ulusu, şimal-şərqdən Bulun ulusu, şərqdən Jıqan, Vilyoy ulusu, Yuxarı Vilyoy ulusu, cənub-şərqdən Nyurba ulusu, cənubdan Mirnı ulusu ilə həmsərhəddir. Həmçinin Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ilə həmsərhədə malikdir. Respublikanın şimal-qərbində, Arktika Dairəsindən kənarda, Olenok və Anabar çaylarının hövzələrində yerləşir. Yakutskdan rayon mərkəzinə getmək üçün min kilometrdən çox yol qət etmək lazımdır. Avtomobil yolu ilə 2026 km, su ilə 3989 km.
Olyokminski ulusu
Olyokminski ulusu (saxa Өлүөхүмэ улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Olyokminsk şəhəridir. == Coğrafiyası == Saxanın cənub-qərbində, Sibir platformasında yerləşir. Ərazisinin əksəriyyəti əhəng daşından ibarətdir. Relyefi orta dağlıqdır. Ulusun çox hissəsi Olekmo-Çarski və Çuqinski yaylaları, şimalda Prilenski yaylası, cənubda Udokan silsiləsinin şimal hissəsi tərəfindən əhatələnir. Yanvar ayının orta temperaturu −30 ° C-dən 35 ° C-dək, iyulda +12 ° C-dən, vadidə +18 ° C-dək. İllik yağıntının miqdarı 200 ilə 300 mm arasında dəyişir. Ən böyük çay Lenadır. == Tarixi == Olyokminskinin quruluş tarixi, kazaklar Lenanın sol sahilində bir qala qurduğu zaman, 1635-ci il sayılır.
Orta Kolıma ulusu
Orta Kolıma ulusu (saxa Орто Халыма улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Srednekolımsk şəhəridir. Ulus mərkəzi respublikanın paytaxtı Yakutskdan quru yolu ilə 2664 km, su yolu ilə 3940 km, hava yolu ilə 1485 km məsafədə yerləşir: == Coğrafiyası == Ulusun sahəsi 125,2 min km²-dir. Cənubdan Yuxarı Kolıma ulusu, qərbdən Abıy ulusu, şimal-qərbdən Allayıaxa ulusu, şimaldan Aşağı Kolıma ulusu, şərqdən Çukotka Muxtar Dairəsi ilə və cənub-şərqdən Maqadan vilayəti ilə həmsərhəddir. === Təbii şərait === Ulus ərazisində düz relyef üstünlük təşkil edir. Ulusun əhəmiyyətli bir hissəsi Kolıma ovalığını əhatə edir. Qərbdə Alazey yaylası, şərqdə Yukaqir yaylası geniş ərazini tutur. Kolıma və Alazey çayları ulus ərazisindən axır. Çoxlu gölləri vardır. Yanvar ayının orta temperaturu −38 ° C, iyul +12 ° C-dir.
Oymyakon ulusu
Oymyakon ulusu (saxa Өймөкөөн улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi şəhər tipli Ust Nera qəsəbəsidir. == Coğrafiyası == Ulusun sahəsi 92,3 min km²-dir. Saxanın şərqində yerləşir. Bu Saxa Respublikasında ən böyük uluslar arasında 14-cüdür. Cənub-qərbdən Ust-May ulusu ilə, qərbdən Tompon ulusu ilə, şimaldan Muom ulusu, şərqdən Magadan vilayəti və cənubdan Xabarovsk diyarı ilə həmsərhəddir. === Təbii şərait === Relyefi dağlıqdır. Ulusun şərqində Nerskoye yaylası; mərkəzi hissədə Tas-Kistabıt silsiləsi; qərbdə Oymyakon dağları, Elqa yaylası, Suntar-Xayat silsiləsi; şimalda Çerski dağ sisteminin silsilələri. Ulusun bütün ərazisi İndigirka çayı hövzəsində yerləşir. Oymyakon kəndində, şimal yarımkürəsində ən aşağı temperaturdan biri (−71.2 ° C.) qeydə alınmışdır.
Qornı ulusu
Qornı ulusu (saxa Горнай улууhа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Berdiqestyax kəndi, respublikanın paytaxtı Yakutsk şəhərindən quru yolu ilə 184 km, hava ilə 150 km məsafədə yerləşir. == Coğrafiyası == Mərkəzi Yakutiyada yerləşir. Sahəsi 45,6 min km²-dir. Ulusun çox hissəsi Prilenski yaylasında yerləşir. Şimalda Mərkəzi Yakut ovalığı yerləşir. Bölgənin əsas çayları: Sinya, Sitte, Tyuqyuene (Lena çayının sol qolları). Respublikanın 6 ulus ilə sərhəddir:Yuxarı Vilyoy, Olekminski, Vilyoy, Kobyayski, Nam, Xanqalas və Yakutsk şəhər dairəsi. Ulusda vəhşi heyvanların və onların yaşayış yerlərini qorumaq, çoxaltmaq və bərpa etmək üçün Sinyaya Milli Təbiət Parkı və ehtiyat qoruqları qurulmuşdur. Xüsusi mühafizə olunan ərazilər ulusun ümumi ərazisinin 35,7% -ni tutur.
Rahid Ulusel
Rahid Ulusel — Azərbaycan filosofu, kulturoloqu, ədəbiyyatşünası, tənqidçisi, esseisti, fəlsəfə elmləri doktoru, professor. == Həyatı və fəaliyyəti == Rahid Ulusel (Ulusel – onun müəllif təxəllüsüdür) 1954-cü ilin 13 avqustunda Azərbaycan Respublikasının Masallı rayonunun Kəlbəhüseynli (keçmiş adı: Qaladibi) kəndində doğulmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1975-2001-ci illərdə müəllim, İcra Hakimiyyəti başçısının müavini, baş redaktor vəzifələrində çalışmışdır. 1986-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasında namizədlik, 2007-ci ildə Bakı Dövlət Universitetində doktorluq dissertasiyaları müdafiə etmişdir. 1990-cı ildə “Humanitariya metasistemi” konsepsiyasına görə keçmiş SSRİ Təhsil Nazirliyinin medalına layiq görülmüşdür. 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının baş elmi işçisi və Azərbaycanda Atatürk Mərkəzinin elmi əməkdaşıdır. 2005-2007-ci illərdə Qərb Universitetində fəlsəfə və kulturologiya üzrə mühazirələr aparmışdır. 2005-ci ildə “Qlobalistika və Sivilizasiologiya” Elmi Araşdırmalar İctimai Birliyini təsis etmişdir. Prezidenti olduğu bu təşkilat 2011-ci ildə Azərbaycanda və bütün Cənubi Qafqazda ilk elmi qurum olaraq Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasına üzv qəbul edilmişdir.
Suntar ulusu
Suntar ulusu (saxa Сунтаар улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Suntar kəndidir. == Coğrafiyası == Sahəsi - 57,8 min km²-dir. Ulus Vilyoy çayının orta axınında yerləşir. Şimal və şimal-şərqdə Nyurba ulusu, şərqdə Yuxarı Vilyoy ulusu, cənub-şərqdə Olyokminski ulusu, cənub-qərbdə Lena ulusu, qərbdə Mirnı ulusu ilə həmsərhəddir. Relyefi platodur. Ulusun şimalında Vilyoy yaylası, cənubunda Prilenskı yaylası yerləşir. === Təbii şərait === Meşələrində əsasən qarağac, küknar və şam ağacları üstünlük təşkil edir. Bəzi yerlərdə ağcaqayın ağacları vardır. Göllər və Vilyoy çayı sahillərindəki çəmənliklər mal-qaranın yem bazasının əsasını təşkil edir.
Tanacetum ulutavicum
Tanacetum ulutavicum (lat. Tanacetum ulutavicum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü.

Digər lüğətlərdə