ULUĞBƏY

böyük bəy, böyük hökmdar.
ULUĞBAY
ULUXAN
OBASTAN VİKİ
Uluğbəy
Muhamməd Torağay, Uluqbəy, Mirzə Uluqbəy, Məhəmməd Tarağay Uluqbəy (22 mart 1394, Sultaniyə, Zəncan ostanı – 27 oktyabr 1449, Səmərqənd) — riyyaziyyatçı, astronom, böyük alim və hökmdar və Teymurlular sülaləsindən olan dövlət adamı. Teymurləngin nəvəsi idi. Atası Şahruxun ölümündən sonra 1447-ci ildən Teymurilər sülaləsinin başçısı olmuşdur. Uluqbəy rəsədxanasında tərtib edilən ulduz kataloqu uzun müddət dünyada ən mötəbər kataloq sayılmışdır. Uluqbəy yaxşı elm adamı olduğu qədər, yaxşı dövlət adamı olmamışdır. Bir neçə döyüşü uduzmuş, 1480-ci ildə Herat əhalisini qılıncdan keçirtmişdir. Üsyan edən oğlunun qoşunlarına məğlub olandan sonra Məkkəyə getməyə icazə verilmiş, ancaq öz sözünün üstündə durmayan oğlu tərəfindən öldürülmüşdür. Onun adını bütovlükdə Sultan Al əüd dövlə Uluq bəy Gurkan kimi yazırlar. Əmir Teymurun oğlu Sultan Şahruxun 1394-cü ilin martın 22-də, yəni xalqımız üçün əziz bir gündə, Novruz bayramında Azərbaycanın Sultaniyyə şəhərində doğulan ilk oğluna Muhamməd Torağay adı qoyurlar.Hökmdar nəslindən olan gənci də qısaca olaraq Turğay Mirzə deyə çağırılır. Sarayda hər cür qayğı ilə əhatə olan Turğay Mirzəni gələcəyin hökmdarı kimi tərbiyə etməyə çalışırlar.
Uluğbəy rəsədxanası
Uluqbəy rəsədxanası, Səmərqənd rəsədxanası — orta əsrlərin ən böyük rəsədxanalarından biri. Səmərqənd şəhəri yaxınlığında Uluqbəy tərəfindən tikilmişdir. Tikilib istifadəyə verilmə tarixi haqqında müxtəlif (1420, 1428/29 və s.) fikirlər var. 1421-1429: Qiyasәddin Cәmşid Kaşani 1429-1436: Qazızadə ər-Rumi; 1436-1449: Əli Quşçu Oktay Talıstanlı. Qədim Şərqin möcüzələri. Bakı: "Adiloğlu", 2007.