VƏFASIZ

sif. Dostluqda, məhəbbətdə sabit və möhkəm olmayan; vəfası olmayan; sədaqətsiz, etibarsız. Nə qədr təndə canım var, işim fəğan olacaq; Vəfasız oldu mənə çünki yar, ağlayıram. Heyran xanım.
Sevgi dildə şüar olsun! Vəfasıza çox ar olsun! S.Vurğun.

// məc. Etibarsız, fani, müvəqqəti.
Vəfasız dünyanın mehri gedir könlündən, aldanma. Nəsimi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • VƏFASIZ VƏFASIZ (dostluqda, məhəbbətdə möhkəm olmayan) [Vaqif Xuramana:] Get, get, vəfasızsan bu dünya kimi; Görünmə gözümə bir röya kimi (S
  • VƏFASIZ fani — müvəqqəti
  • VƏFASIZ sədaqətsiz — etibarsız
VƏFALILIQ
VƏFASIZLIQ

Digər lüğətlərdə