Yuva (Qəmərli)

Vikipediya, azad ensiklopediya
By erdo can (müzakirə | töhfələr) (tənzimləmə, replaced: Erm.SSR AS RH-nin → Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin using AWB) tərəfindən edilmiş 15:47, 15 aprel 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
kənd
Yuva
39°55′51″ şm. e. 44°34′42″ ş. u.
Ölkə  Ermənistan
Region Gərnibasar mahalı
Rayon Qəmərli rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1831
Sahəsi
  • 15,56 km²
Mərkəzin hündürlüyü 830 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 3.752 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Yuva xəritədə
Yuva
Yuva
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yuva - İrəvan quberniayasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.[2]

Tarixi

Rayon mərkəzindən 3 km məsafədə, Gərni və Vedi çaylarından axan arxın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»dnə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.

Toponim ivə//yıva[5] oğuz tayfasının [6][7][8] adı əsasında əmələ gəlmışdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Şaumyan qoyulmuşdur.

Əhalisi

Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlı yaşamışdır. 1828-30 - cu illərdə İranın Xoy, Salmas vilayətlərindən ermənilər göçürülüb kənddə yerləşdirilmişdir.

Ermənilərlə yanaşı kənddə 1831-ci ildə 33 nəfər, 1873 - cü ildə 186 nəfər, 1886-cı ildə 161 nəfər, 1897-ci ildə 60 nəfər azərbaycanlı yaşamışdır[9].

1905-1906-cı illərdə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.49
  4. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.303
  5. >yuva - İbrahim Bayramova görə
  6. Kaşğari M. Divani - lügat - it türk, I- III cilt, Ankara, 1992. I, s.96
  7. Древнетюркский словарь, Л., «Наука», 1969. s.269
  8. Sümər Faruq. Oğuzlar, Bakı, «Yazıçı», 1992. s.334
  9. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.48-49, 128-129