Şeyx Nəcməddin Kübra

Şeyx Nəcməddin Kübra (1145[1][2][…], Xivə2 iyul 1221, Köhnə Ürgənc) — Kübravilik təriqəti şeyxi.

Şeyx Nəcməddin Kübra
ərəb. نجم الدين الكبرى
Doğum tarixi 1145[1][2][…]
Doğum yeri
Vəfat tarixi 2 iyul 1221
Vəfat yeri
Dəfn yeri
Əsas maraqları fəlsəfə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nəcməddin Kübra (1145-1221) Xarəzmdə anadan olmuş və erkən yaşlarından dini elmləri öyrənmişdir. Mənəviyyat yoluna Misirdə Əbu Nəcib Sührəverdinin tələbəsi olmuş, məşhur sufi şeyxlərindən sayılan Ruzbihan Misrinin rəhbərliyi altında başlamışdır. Təbrizə köçəndən sonra ona müəllimliyi Baba Fərəc Təbrizi etmişdir. Əmmar ibn Yasir Bitlisi və İsmail Kəsri də onun müəllimləri olmuşlar.

Nəcməddin Kübra sonralar öz mənəviyyat yolunu yaratmış və Gürgəncdə sufi xanəgahı qurmuşdur. O, çoxlu sayda tanınmış sufilər yetişdirmişdir. Ərəbfars dillərində bir sıra əsərlər qələmə almışdır. Monqollar Gürgənci ələ keçirdəndə öldürülmüşdür.

O da digər sufi şeyxləri kimi hesab etmişdir ki, insan mənəviyyat yolu ilə gedib, müəlliminin (mürşidinin) göstərişlərinə əməl etməklə özündə Allahın təzahürlərini duyub, ona yaxınlaşa bilər. Nəcməddin abidliyin, tərki-dünyalığın, xəlvətə çəkilməyin tərəfdarı olmuşdur.

  1. 1 2 Bibliothèque nationale de France Naǧm al-Dīn Kobrā // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Aḥmad ibn ʿUmar Kubrā // AlKindi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]