Qazıdərə — Azərbaycan Respublikasının Laçın rayonu Cicimli kənd inzibati ərazi dairəsində kənd.[1]
Qazıdərə | |
---|---|
39°31′38″ şm. e. 46°33′55″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Qazıdərə kəndi Qarabağ düzündədir. İnqilabaqədərki sənədlərdə Qazı Qurdəli kimi qeyd edilir. Əslində isə Qazıdərəsi və Qurdəli bir icmaya daxil olan iki yaşayış məntəqəsi olmuşdur. Yerli məlumata görə, həmin kəndlərin adları onların əsasını qoymuş Qazı və Qurdəli (Qurd Alı) adlı iki qardaşın adı ilə əlaqədardir.[2]
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Əsas təsərrüfatı heyvandarlıq idi.
2006-cı ilin statstikasına görə kəndin əhali sayı 200 nəfər olmuşdur.
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |