Baharlı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.[1]
Kənd | |
Baharlı-2 | |
---|---|
Ölkə | Ermənistan |
Region | Zəngəzur mahalı |
Rayon | Qafan rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Basut çayının sağ sahilində yerləşmişdir.
Qafan rayonundakı Baharlı kəndi ilə qarışıq salmaq olmaz. Hər biri ayrı-ayrı kənddir[2].
Toponim Zəngəzurda yaşayan baharlı türk etnonimi[3] əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
1886-cı ildə 432 nəfər, 1907-ci ildə 455 nəfər azərbaycanlı yaşamışdır[2].
1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovularaq kənd ləğv edilmişdir.