Saybalı (Sisyan)

Saybalı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonu ərazisində kənd.[2]

Kənd
Saybalı
39°38′53″ şm. e. 45°53′06″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region [[Zəngəzur mahalı]]
Rayon [[Sisyan rayonu]]
Tarixi və coğrafiyası
Sahəsi
  • 41,72 km²
Mərkəzin hündürlüyü 2.122 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 474 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Saybalı xəritədə
Saybalı
Saybalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon mərkəzindən 25 km cənubda yerləşir.

Toponim qədim türk dilində "vulkan mənşəli daşlıq", "düzənlik, düzəngah, səhra" mənasında işlənən say sözü ilə[3] "sığınacaq, şəhər, qala" mənasında işlənən balıq (balık, baluq) sözü[4] əsasında formalaşmışdır. Saybalı toponimin ikinci komponenti olan "balı" sözünün sonunda "q" samiti düşmüşdür. M. Kaşğari arqu tayfasının yaşadığı şəhərin adının da Balu olduğunu qeyd edir[4] və təbii ki, M. Kaşğarinin adını çəkdiyi Balu toponimi "balıq" sözündən əmələ gəlmişdir. Saybalı toponimi relyef əsasında yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 10. IX. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Sarnakunk qoyulmuşdur.

XIX–XX əsrlərdə yaşayış məntəqəsi kimi qeydə alınsa da, əhalisi haqqında məlumat verilmir. Ermənilər buraya 1924–1925-ci illərdə İran və Türkiyədən köçürülmüşdür[5].

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Древнетюркский словарь, Л., "Наука", 1969. s.481
  4. 1 2 Древнетюркский словарь, Л., "Наука", 1969. s.81
  5. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.77, 146–147