Baharlı — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin mərz mərkəzi Qafan şəhərindən 18 km şimal-qərbdə Qovşud və Gığı kəndləri arasında yerləşmiş hal-hazırda mövcud olmayan kənd.
Tarixi Zəngəzur mahalı əraziləri | |
Baharlı | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Ermənistan |
Bölgə |
Mərz: Sünik mərzi Rayon: Qafan rayonu (1930-1995) |
İnzibati mərkəz | Qafan |
Ləğv edilib | 1983 (yerində su anbarı tikilib) |
Saat qurşağı | |
Xəritədə yeri | |
|
Gığı dərəsində, Qazangölçayın sol sahilində, dağ döşündə yerləşən kəndin əhalisi 1983-cü ildə Qazangölçayın üzərində su anbarı tikilməsi səbəbiylə qonşu kəndlərdən biri olan Zeyvəyə köçürülüb.[1] Baharlı kəndinin əhalisi tamamilə azərbaycanlılardan ibarət idi.