Rayon mərkəzindən 7 km cənub-şərqdə yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə[4] qeyd edilmişdir. Kəndin adı təhrif edilərək erməni mənbələrində Tolors kimi verilir[5].[6]
Toponim qədim türk tayfalarından olan tolos[7], teles[8] etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
728-ci ilə aid mənbədə adı çəkilir[9][10]. Həmin mənbədə dеyilir ki, kənddə cəmi 2 xristian ailəsi yaşayır[11] Qədim türkmənşəli Tulus tayfasının adındandır. XIII əsr tarixçisi Rəşid-əd-Din monqolların tərkibində tulas adlı tayfa olduğunu qеyd еdir. Tatarıstanda tolos, qaraqalpaqlarda tolos tayfası vardır[12][13]
Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 24 nəfər, 1873-cü ildə 142 nəfər, 1886-cı ildə 176
nəfər, 1897-ci ildə 263 nəfər, 1914-cü ildə 390 nəfər azərbaycanlı yaşamışdır[14].
1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. 1926-cı ildə
ermənilərdən başqa iki nəfər azərbaycanlı da yaşamışdır[15]. İndi burada yalnız ermənilər yaşayır.
↑Симеон Ереванци. Джамбр. Перевод С.С.Малхасянца. М. . 1958.
↑Naxçıvan sancağının müfəssəl dəftəri (27 avqust 1727). Giriş və tərcümənin müəllifləri Ziya Bünyadov və Hüsaməddin Məmmədov (Qaramanlı). . Bakı. 1997.
↑Гейбуллаев Г.А. О происхождении некоторых этнонимов Азербайджана (Деллер, Тулу, Тиркеш, Шадылы, Туба, Тулус, Чалган, Кузанлы). ДАН Азерб. ССР,. № 1. 1978.
↑Гейбуллаев Г.А. Монгольские топонимы в Азербайджане. Известия АН Азерб. ССР. Серия истории, философии и права,. № 3. 1981.