Qapıcıq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd.[1]
Qapıcıq | |
---|---|
Ölkə | Ermənistan |
Oxçu çayının sağ sahilində yerləşmişdir. Toponim türk dilində «dar dərənin yarıqlara bölünmüş yuxarı hissəsi», «dağ yamacında dar dərə» mənasında işlənən qapı (kapu) sözünə[2] kiçiltmə mənası bildirən -cıq şəkilçisinin artırılılması ilə düzəlib. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Burada 1926-cı ildə 12 nəfər azərbaycanlı yaşamışdır.