Ağbulaq (erm. Աղբուլլաղ) — Ermənistanın Gorus rayonunun Sünik mərzində kənd. Hazırda kənddə yaşayış yoxdur.
Ağbulaq | |
---|---|
39°21′04″ şm. e. 46°23′54″ ş. u.HGYO | |
Ölkə | |
Region | Sünik mərzi |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1920 |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Kəndin 1830-cu ildən sonra salındığı güman edilir. Ağbulaq Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunun ərazisində yerləşmişdir.[2]
1918-ci ildə Ağbulaq camaatı Andronikin quldur dəstəsinə qarşı mərdliklə döyüşmüş, uzun müddət öz kəndlərini tərk etməmişlər. Lakin kəndin müdafiəçilərinin sursatı qurtardıqdan sonra camaat kənddən çıxmağa məcbur olmuş və Qubadlı, Füzuli, Ağdam rayonlarında məskunlaşmışlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar tarixi-etnik torpaqlarına qayıtmış (40-a yaxın ev) və Ağbulaq kəndini yenidən bərpa etmişlər.
1988-ci ilin noyabr ayının sonlarında ağbulaqlılar Ermənistan dövləti tərəfindən deportasiyaya məruz qalmış və öz doğma yurd-yuvalarını tərk etməli olmuşlar.
Kənddə 1931-ci ildə məktəb açılmış, 1935-ci ildə isə kolxoz qurulmuşdur. Ağbulaqda klub, kitabxana, məktəb, kolxoz idarəsinin binası, tibb məntəqəsi, mağaza və s. sosial obyektlər fəaliyyət göstərirdi.
Kəndin adı Kəpəz dağından axan Ağbulaq adlı çeşmədən götürülmüşdür. Qafqazın 5 verstlik xəritəsində "Ağbulaq qışlağı" formasında[3] qeyd edilmişdir. Toponim Azərbaycan dilində "keyfiyyətli, içməyə yararlı" mənasında işlənən ağ sözü ilə bulaq hidroterminindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Ağbulaq, Xor-xor bulaq, Çömçə bulaq, Daş bulaq, Aləmşah, Zaman təpəsi, Çirişli, Dəf yalı, Şingirlik, Qalanın quzeyi, Çarıq dələn, Vənli güney, Mac, Kəndirbaz, Gəlin qaya, Gamış yatağı, Öküz ziyarəti, Pullu bulaq, Oğlan-qız, Qanbel, Yellicə, Sadıq gölü, Seyidlər düşən və s.[4]
Kənd rayon mərkəzindən 15 km qərbdə, Bazarçayın sağ qolu olan Kəşin çayının sol sahilində, Kəpəz dağının ətəyində, meşə içərisində yerləşir.
Kənd əhalisi bütünlüklə azərbaycanlılardan ibarət olmuşdur. Kənddə 1926-cı ildə 66 nəfər, 1931-ci ildə 88 nəfər[5], 1939-cu ildə 146 nəfər, 1959-cu ildə 187 nəfər, 1970-ci ildə 335 nəfər[6] azərbaycanlı yaşamışdır.
1941-1945-ci illərdə Ağbulaq kəndindən 35 nəfər Böyük Vətən müharibəsində iştirak etmiş, onlardan 14 nəfəri həlak olmuşdur.
1948-1952-ci illərdə Ağbulaq kəndindən 51 ev Azərbaycana (Yevlax və Bərdə rayonlarına) köçürülmüşdür.
1988-ci ildə Ağbulaq kəndində 70 ev, 240 nəfər əhali var idi. 1988-ci ilin noyabr ayının sonlarında Ermənistan dövləti tərəfindən kəndin sakinləri — azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş, həmin hadisələr zamanı kənd sakini Əsgərov Bərxudar Əmrah oğlu vəhşicəsinə qətlə yetirilmişdir. Sonralar kənddə ermənilər məskunlaşmışlar. Ağbulaq camaatı isə Bakı, Sumqayıt, Mingəçevir şəhərlərində, Füzuli, Cəbrayıl, Beyləqan və Qubadlı rayonlarında yaşayır.
2011-ci ilin məlumatlarına görə kənddə yaşayış yoxdur.[7]
Qarabağ uğrunda gedən döyüşlərdə Ağbulaq kəndində anadan olmuş Seymur Quliyev qəhrəmancasına həlak olmuşdur.