Kənddə 1897-ci ildə 105 nəfər, 1904-cü ildə 123 nəfər azərbaycanlı yaşamışdır[4]. 1914–1918-ci illərdə azərbaycanlılar deportasiya olunmuş, yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edənlər öz evlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 27 nəfər, 1926-cı ildə 19 nəfər, 1931-ci ildə 27 nəfər azərbaycanlı yaşamışdır[4]. 1930-cu illərin sonunda azərbaycanlılar köçürülərək kənd ləğv edilmişdir. İndi xaraba kənddir.