Çobanlı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd.[1]
kənd | |
Çobanlı | |
---|---|
39°16′ şm. e. 46°22′ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Zəngəzur mahalı |
Rayon | Qafan rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir.
Toponim oğuzların çapanlu[2] etnonimi[3] əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir.
Kənddə 1831-ci ildə 16 nəfər, 1873 - cü ildə 195 nəfər, 1886-cı ildə 96 nəfər, 1897-ci ildə 152 nəfər, 1904 - cü ildə 130 nəfər, 1914 - cü ildə 156 nəfər azərbaycanlı yaşamışdır[4].
1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur[5]. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra kəndi tərk edənlər öz evlərinə dönə bilmişdir.
Burada 1926-cı ildə 42 nəfər, 1931-ci ildə 49 nəfər azərbaycanlı yaşamışdır[4].
1988-ci ilin noyabrın axırlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən deportasiya olunmuş və kəndə ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.