XƏFİYYƏ

is. [ ər. ]
1. Xəfiyyə idarəsinin məmuru, gizli agenti.
[Əbülhəsən bəy:] Çar jandarmeriyası mənim dalımca xəfiyyələr təyin etmişdir. M.S.Ordubadi.
Xəfiyyələr dərnəklərin gizli fəaliyyətindən xəbər tutdular, uşaqların bəzilərini həbs etdilər, qalanlarını isə məktəbdən qovdular. İ.Şıxlı.

□ Xəfiyyə idarəsi – gizli polis idarəsi.
Aslan … bildi ki, Hüseynqulu kişi mətbəənin mütamadiyən xəfiyyə nəzarəti altında olduğunu duyub. M.Hüseyn.

2. Casus.
Xəfiyyə saldılar, pul vəd etdilər; Qoşun topladılar, hara getdilər; Gəlmədi onların heç biri vecə. H.K.Sanılı.

Etimologiya

  • XƏFİYYƏ Ərəbcədir, məxfi sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
XƏFİFCƏSİNƏ
XƏFİYYƏÇİ

Digər lüğətlərdə