XƏKƏNDAZ

is. [ fars. ] Zibil, kül və s. götürmək üçün alət.
Aşpaz Əli aşpazxananın qapısının yanında əlində xəkəndaz samovara kömür salırdı. C.Məmmədquluzadə.
Qumru dinməz-söyləməz xəkəndazla mollanın yanından elə çırpdı ki, sümükləri şaqqıldadı. Mir Cəlal.
Kimi özü xəkəndaz götürüb, kimi də dükanların qabağında boynunu büküb dayanan yetim uşaqlara bir-iki qəpik verib səkini suladırdı. İ.Şıxlı.

Etimologiya

  • XƏKƏNDAZ Fars mənşəlidir. Xak “torpaq” deməkdir, əndaz isə əndaxtən (atmaq) feilindəndir. Sözün hərfi mənası “torpaq atan” anlamını əks etdirir
XƏKƏ
XƏLBİR

Digər lüğətlərdə