XƏLƏL

is. [ ər. ] Pozuculuq, əskiklik, zəiflik, nöqsan, ziyan.
Qəflət xələlindən ayrılardın; Əlbəttə kim olduğun bilərdin. Füzuli.
Vaizi-şəhr öz iqrarına etsəydi əməl; Düşməz idi bu qədər din ilə dünyayə xələl. S.Ə.Şirvani.

□ Xələl dəymək (yetişmək) – ziyan dəymək, zərər çəkmək. Dostluğa xələl dəymək.
[Əbülhəsənbəy qadına:] Sizin gözəlliyinizə heç bir xələl yetişməmişdir. M.S.Ordubadi.

Xələl gəlmək – ziyanı, zərəri olmaq; pozulmaq; eyibli, nöqsanlı olmaq.
…Eyni musiqi parçasını biz vaxt etibarilə tez və ya yavaş bir sürətlə ifa edə bilərik, halbuki bundan musiqinin ölçüsünə heç bir xələl gəlməz, çaldığımız musiqinin ölçüsü heç də dəyişməz. Ə.Bədəlbəyli.

Xələl vermək (vurmaq, gətirmək, qatmaq) – ziyan vurmaq, zərər gətirmək, pozmaq, xarab etmək, eyibli, nöqsanlı etmək. Gözəlliyinə xələl gətirmək. Sevincinə xələl qatmaq. Oyuna xələl vurmaq.
– Kitablar Rüstəmin fikir dairəsini genişləndirdi, lakin qəti olaraq onun köhnə əqidəsinə xələl vura bilmədi. Çəmənzəminli.
[Cəmil] yenə Tahirlə dost olduğunu və aralarındakı incikliyin bu dostluq hissinə heç bir xələl gətirə bilməyəcəyini sübut etmək üçün səsinə mehriban bir ifadə verdi. M.Hüseyn.
Xanım … [uşaqlara] baxır və onların oyununa xələl qatmaq istəməyərək oğlunun məğlubiyyətinə o qədər də əhəmiyyət vermirdi. P.Makulu.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XƏLƏL pozğunluq — nasazlıq
  • XƏLƏL zərər — ziyan — itki

Antonimlər (əks mənalı sözlər)

  • XƏLƏL XƏLƏL – XEYİR Qeyrət günüdür, olmayalar özgəyə möhtac; Kim qatsa xələl şərə, edin ortadan ixrac (Ə.Vahid); Xeyir dilə qonşuna, xeyir gəlsin başına (At
XƏLƏF
XƏLƏLDAR

Digər lüğətlərdə

Госстанда́рт дополня́ться единоду́шно испещря́ться литерату́рно-худо́жественный нахозя́йствовать храбре́ть бодя́га ландскне́хт лю́ффовый перетуши́ть проплести́сь прорези́нивание просветли́ть тараба́рщина укороти́ться cense pass over rake away культя основательно разодолжить розниться счастливчик ячмень