XALI
XALİS
OBASTAN VİKİ
Rub-əl-Xali
Rub-əl-Xali — (ərəb. الربع الخالي‎‏ — "boş rüb")) — Yaxın Şərqdə geniş qumlu səhra. Ərəbistan yarımadasının cənubun üçdə bir hissəsini təşkil edir. Dünyanın ən böyük (sahəsi 650 000 km² təşkil edir), isti (iyul-avqust aylarında maksimum orta temperatur 47–50 °C təşkil edir) və quru (yağıntıların illik miqdarı ≈35 mm, buxarlanma qabiliyyəti >2000 millimetr təşkil edir) səhralarından biridir. Arid səhralar kateqoriyasına aiddir. Oman, BƏƏ və Yəmən dövlətlərinin ərazisində yerləşir. Koordinatları: 44°30' — 56°30' ş.u və, 16°30' — 23°00'. şim.e. == Geoloji quruluş == Rub-əl-Xali Ərəbistan şelfi vasitəsilə cənub-qərbdən şimal-şərqə tərəf uzanmış böyük hövzədir. Qum təpələrinin hündürlüyü 250 m-ə çatır.
Rub əl-Xali
Rub-əl-Xali — (ərəb. الربع الخالي‎‏ — "boş rüb")) — Yaxın Şərqdə geniş qumlu səhra. Ərəbistan yarımadasının cənubun üçdə bir hissəsini təşkil edir. Dünyanın ən böyük (sahəsi 650 000 km² təşkil edir), isti (iyul-avqust aylarında maksimum orta temperatur 47–50 °C təşkil edir) və quru (yağıntıların illik miqdarı ≈35 mm, buxarlanma qabiliyyəti >2000 millimetr təşkil edir) səhralarından biridir. Arid səhralar kateqoriyasına aiddir. Oman, BƏƏ və Yəmən dövlətlərinin ərazisində yerləşir. Koordinatları: 44°30' — 56°30' ş.u və, 16°30' — 23°00'. şim.e. == Geoloji quruluş == Rub-əl-Xali Ərəbistan şelfi vasitəsilə cənub-qərbdən şimal-şərqə tərəf uzanmış böyük hövzədir. Qum təpələrinin hündürlüyü 250 m-ə çatır.
Fətəli bəy Xali-Gəncəvi
Fətəli bəy Xali-Gəncəvi-şair, Cavad xanın qardaşı == Həyatı == Fətəli bəy Xali-Gəncəvi Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Xali təxəllüsü ilə şeir yazırdı. == Yaradıcılığı == Azərbaycan MEA Əlyazmalar institutunda B-1829 şifri altında "Divan"ı saxlanır. Fəthəli bəy Hali Gəncəvinin şeirləri Gəncədəki "Elm" nəşriyyatında çap edilib. Şairin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı əlyazmadan götürülmüş şeirlər toplusuna onun lirik aşiqanə, nəsihətamiz şeirləri, mənzum məktubları daxil edilib. Fəthəli bəyin əsərlərini Əlyazmalar İnstitutunun icraçı direktoru filologiya elmləri doktoru Paşa Kərimov və böyük elmi işçi Hacı Rauf Şeyxzamanlı transliterasiya və tərtib edib, kitaba “Ön söz” yazıblar. Fəthəli bəyin fars dilində yazdığı şeirlərinin bədii tərcüməsi Paşa Kərimova məxsusdur. Kitabın elmi redaktoru professor, Əməkdar elm xadimi Xəlil Yusifli, redaktoru H.Mustafa Mailoğludur. Qeyd edək ki, Fəthəli bəy Cavad xanın ölümündən sonra çar Rusiyası qoşunlarına qarşı mübarizə aparıb.
Qurban Əli Xalidi
Qurban Əli Xalidi (tam adı: Qurban Əli Xalidi Al-Ayağuzi Al-Cavcaqi) çoxlu doğu qıpçaq çölünə görə olan tarix kitablarının yazıçısıdır . Qurban Əli Xalidinin tarix yazıları Qazaxıstan ilə Şərqi Türkistan tarixinin böyük mənbələrindəndir. == Həyatı == Qurban Əli 1846-cı ildə Ayağuz şəhərində anadan oldu. Ayağuz nayman qazaxların topraqlarındandır (naymanlar Qazaxıstanın orta yüzünün böyük boylarındandırlar). Qurban Əli Çala qazaxlardan idi, mənisi budur ki anası qazax amma atası orta asiya tatarlar , başqurdlar ya türkmənlərindən idi. Qurban Əli öz yazılarının birində öz şəcərəsin türkmən baba adlı bir kişiyə yetirir ki Əbülğazı Bahadurxan çağında xivədən sarda şəhrinə köçüpdür. Türkmən babanın o şəhərdə üç oğlu olubdur: Bay Murad qul Mühəmməd Qadir qul Bəykbav Bikbav Ornaş Baş adlı kəndin yaxınlığında otrağ edib usman adlı oğlu oldı. Qurban Əlinin atası, Xalid, Usmanın nəvəsi (Bəyk Qulun oğlu). Qurban Əlinin anası, Əfifə də Türkmən babanın oğlu Mühəmməd qadir qulun oşaqlarından idi.
Xalibovun binası
Xalibovun binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində zirzəmidən ibarət olan bir mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 301 qərar 18 noyabr 1992-ci ildə qəbul olunmuşdur. Adres: Taqanroq ş, Qreçeskaya küçəsi, ev 58. == Tarixi == Zirzəmiyə sahib bir mərtəbədən ibarət olan bina Taqanroq şəhəri Qreçeskaya 58 ünvanında yerləşir. Fasadında səkkiz pəncərə vardır. Bina 1857-ci ildə kollec katibi Artemiya Pavloviç Xalibovun vəsaiti hesabına inşa edilmişdir. Artemiya Pavloviç Xalibovun milliyyətcə erməni idi. Əslən isə Naxçıvan-na-Donu şəhərindəndir. Kifayət qədər imkanlı adam idi.
Xalid Ağcatəpə
Xalid Ağcatəpə (türk. Halit Akçatepe; 1 yanvar 1938, Üsküdar, İstanbul ili – 31 mart 2017, İstanbul) — türkiyəli aktyor. == Həyatı == Xalid Ağcatəpə 1 yanvar 1938-ci ildə Ünyedə anadan olub. Atası Sidqi bəydir. Konservatoriya təhsili heç almamışdır (özü konservatoriya təhsili uzaqdan yaxından heç bir əlaqəsi olmadığını bildirmişdir). Zamanın film rejissorlarından birinin atasına "bizə bir uşaq oyunçu lazımdır" dediyi zaman, atası tülüatçı Sidqi bəy oğlu Xalidi göndərmişdir. İlk filminə 1943-cü ildə 5 yaşında çəkilmişdir. Aktyor 1975-ci ildə lentə alınan "Hababam sınıfı" filmindəki "Güdük Nəcmi" obrazı ilə şöhrətinin zirvəsinə yüksəlmişdir. Halit Akçatepe karyerası boyunca 100-dən artıq filmdə və serialda müxtəlif obrazlar yaratmışdır.
Xalid Fəxri Ozansoy
Xalid Fəxri Ozansoy(1891–1971)—Türkiyə şairi. == Həyatı == Bu dövrdə nəşr etdirdiyi şeir kitabları bunlardır: "Paravan" (1929), "Balkonda saatlar" (1931), "Sulara dalan gözlər" (1936). Xalid Fəxri əfsanə və nağıllardan, Şərq və Qərb mifologiyasından da yararlanmış, ümumiyyətlə, fərdi mövzulara, ekzotizmə, ölüm düşüncəsinə üstünlük vermişdir. Ancaq bununla yanaşı, vətənpərvər şeirləri də vardır.
Xalid Gözəlov
Xalid Həsən oğlu Gözəlov (4 noyabr 1996, Aşağı Cürəli, Biləsuvar rayonu – 27 sentyabr 2020, Füzuli rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının baş leytenantı və hərbi pilotu. == Həyatı == Xalid Gözəlov 4 noyabr 1996-cı ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuşdur. 2002-ci ildə Zaqatala şəhər 2 saylı tam orta məktəbində təhsil almağa başlamışdır. Orta təhsilini 2012-ci ildə Biləsuvarda yerləşən Oktay Babayev adına orta məktəbdə bitirmişdir. 2012–2016-cı illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Xalid Gözəlov akademiyanı bitirdikdən sonra 2016-cı ildə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında "leytenant" rütbəsi və pilot vəzifəsi ilə xidmətə başlamışdır. 2019-cu ildə "baş leytenant" rütbəsi almışdır. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının baş leytenantı olan hərbi pilot Xalid Gözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Xalid Hassan
Xalid Mahmud oğlu Hassan (26 yanvar 1995, Sumqayıt – 4 noyabr 2020, Martakert rayonu[d]) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xalid Hassan 1995-ci il yanvarın 26-da Sumqayıt şəhərində anadan olub. Atası Mahmud Hassan əslən Misirdən, anası Maya Quliyeva isə əslən Ağdam rayonunun Saybalı kəndindən idi. 1995-ci ilin iyul ayında — Xalid Hassan 6 aylıq olanda Hassan ailəsi Sumqayıt şəhərindən Qazaxıstanın Almatı şəhərinə gəlirlər burada yaşamağa başladı. Bir müddət sonra Hassan ailəsi yenidən Azərbaycana qayıtdı və Xalid Hassan birinci sinifə Bərdə rayonu ərazisində Ağdam şəhəri 2 nömrəli tam orta məktəbində getdi. Daha sonra ailəsinin işi ilə bağlı yenidən Qazaxıstanda yaşayan Xalid Hassan 10-cu sinifə qədər Almatı şəhərində təhsil aldı. Tam orta təhsilini Azərbaycanda bitirib. == Hərbi xidməti == Xalid Hassan 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Ağdam Rayon Hərbi Komissarlığına müraciət edib. Azərbaycan Ordusunun əsgəri olan Xalid Hassan 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, həmçinin Talış və Ağdərə istiqamətlərində gedən döyüşlərdə savaşıb.
Xalid Huseyni
Xalid Hüseyni (ing. Khaled Hosseini, fars. خالد حسینی‎; 4 mart 1965[…], Kabil) — Əfqan əsilli ABŞ yazıçısı və həkimi. == Həyatı == Xalid Hüseyni 4 mart 1965-ci ildə Əfqanıstanın paytaxtı Kabildə diplomat ailəsində anadan olmuşdur. O, ailəsi ilə birlikdə əvvəlcə Fransaya köçüb, daha sonra 1980-ci ildə ABŞ-dən siyasi sığınacaq alaraq ora köçmüşdür. Gənc yaşlarından Amerikanın Kaliforniya Ştatında məskunlaşan Xalid hazırda Şimali Kaliforniyada yaşayır. Evlidir, iki övladı var. Xalid Hüseyninin ilk əsəri "Çərpələng uçuran" romanıdır. == Kitabları == Çərpələng uçuran (ing. The Kite Runner, 27 may 2003) Min möhtəşəm günəş (ing.
Xalid Kamranlı
Xalid Kazım oğlu Kamranlı (23 sentyabr 1999; İmişli rayonu, Azərbaycan — 15 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xalid Kamranlı 1999-cu il sentyabrın 23-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xalid Kamranlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Kamranlı oktyabrın 15-də Talış istiqamətində şəhid olub. İmişli rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Kamranlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Kamranlı ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Xalid Karsıalan
Xalid Karsıalan və ya Dəli Xalid Paşa — (1883, Beşiktaş – 14 fevral 1925, Türkiyə Böyük Millət Məclisi) General-mayor, TBMM-nin Ərdahandan seçilmiş millət vəkili. I Dünya müharibəsində Qafqaz cəbhəsində nailiyyətlər göstərmiş, Qurtuluş savaşının ilk illərində şərq cəbhəsində, Gümrü müqaviləsinin imzalanmasından sonra qərb cəbhəsində komandanlıq etmiş bir hərbiçidir. İkinci Böyük Millət Məclisinə Ərdahandan seçilmiş millət vəkili kimi iştirak edib, bir mübahisə sonra məclis dəhlizində vurularaq həlak olan Xalid Paşa, TBMM-də işlənən ilk cinayətin qurbanıdır. == Həyatı == 1883-cü ildə İstanbulda anadan olub. Atası Çərkəs Əhməd bəydir. 1901-ci ildə girdiyi Hərb məktəbini 1903-cü ildə leytenant rütbəsi ilə bitirib. 1908-ci ildə II Hökumətin (İkinci Meşrutiyet) elanından sonra Yəməndə yüzbaşı olaraq xidmətə başlayıb. Bundan sonrakı bütün həyatı cəbhələrdə keçmişdir. 1910-cu ilin iyun ayında Trablusgarp (Osmanlı-İtalyan müharibəsi 1911–1912) müharibəsinədə 3 ay döyüşlərdə iştirak etdi. Bu dövrdə eyni cəbhədə xidmət etdiyi zabit Ali Çetinkaya ("Keçəl Əli") ilə razılaşmadığı üçün Mustafa Kamal və Ənvər Paşanın birgə qərarı ilə vəzifə yerləri dəyişmək məcburiyyətində qalmışdı.
Xalid Kazımov
Kazımov Xalid Vahid oğlu (Xalid Vahidoğlu) — Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri. == Həyatı == Xalid Kazımov 1978-ci il oktyabrın 2-də dünyaya gəlib. 1996-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olub, 2000-ci ildə bu fakültəni bitirib. 2008-ci ildə Bakı Dövlət Universitetində Azərbaycan dili ixtisası üzrə magistr dərəcəsi alıb. Tələbəlik illərindən ictimi-siyasi proseslərdə fəallıq göstərib. 1998-ci ildən mətbuatda çalışır. Mətbuatda yüzlərlə araşdırma yazısının müəllifidir. Apardığı jurnalist araşdırmalarına görə dəfələrlə mükafatlandırılıb. 2008-ci ilin sentyabrında Regional İnsan Hüquqları və Media Mərkəzini (http://regionalhumanrights.org ) təsis edib və hazırda həmin mərkəzə rəhbərlik edir. Onun rəhbərliyi ilə təşkilat beynəlxalq və yerli donorların dəstəyi ilə 10-dək layihəni uğurla icra edib.
Xalid Mecdunov
Xalid Zahir oğlu Mecdunov (20 fevral 1995, Poladlı, Qobustan rayonu – 2 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xalid Mecdunov 1995-ci il fevralın 20-də Qobustan rayonunun Poladlı kəndində anadan olub. 2002-2013-cü illərdə M. Kərimov adına Poladlı kənd tam orta məktəbində təhsil alıb. Xanəndə Zabit Nəbizadənin bacısı oğludur. Subay idi. == Hərbi xidməti == Xalid Mecdunov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Xalid Mecdunov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Mecdunov oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qobustan rayonunun Poladlı kəndində dəfn olunub.
Xalid Məcdunov
Xalid Zahir oğlu Mecdunov (20 fevral 1995, Poladlı, Qobustan rayonu – 2 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xalid Mecdunov 1995-ci il fevralın 20-də Qobustan rayonunun Poladlı kəndində anadan olub. 2002-2013-cü illərdə M. Kərimov adına Poladlı kənd tam orta məktəbində təhsil alıb. Xanəndə Zabit Nəbizadənin bacısı oğludur. Subay idi. == Hərbi xidməti == Xalid Mecdunov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Xalid Mecdunov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Mecdunov oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qobustan rayonunun Poladlı kəndində dəfn olunub.
Xalid Niyazov
Xalid Niyazov (16 mart 1962, Bakı) — Azərbaycanın əməkdar jurnalisti, Birinci Qarabağ müharibəsinin veteranı. == Fəaliyyəti == Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı — 91. xaricdə çıxmış elmi əsərlərinin sayı isə – 25. beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı – 5 İctimai Televiziya, "Media və Zaman", "Sözün zamanı" proqramlarının müəllif-aparıcısı === Əsas elmi fəaliyyəti === Azərbaycan siyasətşünaslıq elmində ilk dəfə olaraq Azərbaycanının dövlət informasiya siyasəti ilə bağlı fundamental siyasi-hüquqi məsələlər araşdırılıb. 2000-ci ildə təsis edilmiş Azərbaycan Müstəqil Jurnalistlər Liqasının sədri. 15 kitabın, o cümlədən beş monoqrafiyanın müəllifi. == Mükafatları == "Qızıl qələm mükafatı" "Həsən bəy Zərdabi mükafatı" Ali Media mükafatı Ölkə Prezidentinin 21 iyul 2005-ci il Sərəncamı ilə Azərbaycanın Əməkdar Jurnalisti fəxri adı ilə təltif olunub.
Xalid Nəciyev
Xalid Qabil oğlu Nəciyev (3 iyul 1992, Saatlı – 5 noyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xalid Nəciyev 1992-ci il iyulun 3-də Saatlı şəhərində anadan olub. 1998–2009-cu illərdə Saatlı şəhərində Səməd Vurğun adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2009–2013-cü illərdə isə Gəncə Dövlət Universitetində (GDU) tarix-coğrafiya ixtisası üzrə ali təhsil alıb. 2017–2018-ci illərdə tarix və coğrafiya müəllimi olaraq çalışıb. 2017-ci ildən isə Təhsil Nazirliyinin Saatlı və Sabirabad üzrə ictimaiyyətlə əlaqələr şöbəsində çalışırdı. == Hərbi xidməti == Xalid Nəciyev 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun leytenantı olan Xalid Nəciyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Nəciyev noyabrın 5-də Laçın döyüşləri zamanı Səfiyan istiqamətində şəhid olub. Saatlı şəhərində dəfn olunub.
Xalid Orucov
Xalid Saleh oğlu Orucov (7 avqust 1996; Neftçala rayonu, Azərbaycan — 12 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xalid Orucov 1996-cı il avqustun 7-də Neftçala rayonunun Aşağı Surra kəndində anadan olub. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Xalid Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Orucov oktyabrın 12-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Neftçala rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xalid Orucov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Xalid Orucov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Xalid Oşayev
Xalid Dudayeviç Oşayev (çeç. Ошаев, Халид Дудаевич ; 20 dekabr 1897 (1 yanvar 1898), Terek vilayəti – 12 dekabr 1977 və ya 3 sentyabr 1977) — Çeçen yazıçısı, alimi və dramaturqu. == Həyatı == Xalid Oşayev 1897-ci ildə Vozdvijenskaya qəsəbəsində (indi mövcud deyil, müasir Çeçenistan ərazisində yerləşirdi) işçi ailəsində anadan olub. 1916-cı ildə Qroznı real məktəbini bitirmiş, sonra Petroqradda Meşəçilik İnstitutunda oxumuşdur. 1921–1922-ci illərdə Çeçen İnqilab Komitəsinə rəhbərlik edib. Sonra Vladiqafqazdakı Dağ Pedaqoji İnstitutunun direktoru oldu. 1925–1930-cu illərdə Oşayev Çeçenistanda vilayət xalq maarif şöbəsinin müdiri olmuşdu. Xalid Oşayevin ilk əsərləri 1926-cı ildə nəşr edilmişdir. Oşayev Rusiyada vətəndaş müharibəsindən bəhs edən "Odlu illər" ("Alun Şeraş") adlı dörd kitabda romanın müəllifidir. O, həm də qan davasına qarşı mübarizədən bəhs edən "Vendettanın ölümü" hekayəsinin həmmüəlliflərindən biridir.
Xalid Qasımov
Xalid Rafiq oğlu Qasımov (12 iyul 1996; Cəlilabad rayonu, Azərbaycan — 14 oktyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xalid Qasımov 1996-cı il iyulun 12-də Cəlilabad rayonunun Moranlı kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Xalid Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Qasımov oktyabrın 14-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Qasımov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Qasımov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Xalid Səid Xocayev
Xalid Səid Xocayev (1888 – 13 oktyabr 1937, Bakı) – çağdaş Azərbaycan dilçiliyinin banilərindən biri, Mahmud Kaşğarinin "Divani lüğətit-türk" əsərinin Azərbaycan dilinə ilk tərcüməçisi, repressiya qurbanı. == Həyatının erkən dövrü == Xalid Səid Xocayev 1888-ci ildə Daşkənd yaxınlığında olan Koş-Kurqan kəndində anadan olub. İlk təhsilini Daşkənddə yerləşən mədrəsədə alıb. 1914-cü ildə İstanbul Universitetində tibb fakültəsinə daxil olub. 2 il burada təhsil aldıqdan sonra ixtisasını tarix-filologiyaya dəyişib və universiteti 1918-ci ildə bitirib. === Azərbaycana gəlişi === İstanbul Universitetindəki təhsilini bitirdikdən sonra Qafqaz Türk İslam Ordusunun əsgərləri ilə birgə Azərbaycana gəlmiş, Bakı və Gəncə kimi şəhərlərdə orta və ali məktəblərdə dərs demişdir. === Fəaliyyəti === ==== "Divani lüğətit-türk" əsəri ==== SSRİ EA-nın Azərbaycan filialında çalışıb. Dünya Türkologiyasında ilk dəfə Mahmud Kaşğarinin "Divani lüğətit-türk" əsərini dilimizə tərcümə edib. 1988-ci ildə Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Zərifə Budaqova akademik-katib Bəkir Nəbiyevə yazdığı məktubda bildirirdi ki, "Divanü Lüğat-it-Türk" SSRİ-də ilk dəfə Xalid Səid tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Xalid Səid isə Kaşqarlı "Divan"ının sadəcə ərəb dilindən Azərbaycan türkcəsinə tərcüməsini gerçəkləşdirməklə kifayətlənməyib, türkologiyanın çağdaş prinsipləri baxımından əsərin ilk izahlı, elmi tərcüməsini yaradıb.
Xalid Tanrıverdiyev
Xalid Kazım oğlu Tanrıverdiyev (15 yanvar 1936, Böyük Muğanlı, Marneuli rayonu – 29 may 2016, Gürcüstan) — coğrafiya elmləri doktoru. == Həyatı == Xalid Tanrıverdiyev 15 yanvar 1936-cı ildə Gürcüstan SSR-in Marneuli rayonunun Böyük Muğanlı kəndində anadan olmuşdur. O, 1961-ci ildə Azərbaycan Dövlət Universitetini bitirərək əvvəlcə, Bakı Dövlət Torpaq Ekspedisiyasında, 1966-cı ildən etibarən isə AMEA-nın Coğrafiya İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır. 1968-ci ildə "Həkəri çayı hövzəsinin geomorfologiyası" mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi adına layiq görülmüşdür. 1994-cü ildə "Son Kaynazoyda Kür dağarası çökəkliyinin paleogeomorfologiyası (Azərbaycan daxilində)" mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri doktoru adına layiq görülmüşdür. Coğrafiya İnstitutunun Elmi şurasının üzvü olmuşdur. Uzun müddət BDU-nun Fiziki coğrafiya kafedrasında, bakalavr və magistr pilləsində ixtisas fənlərindən dərs demiş, Dövlət imtahan komissiyasının rəhbəri olmuşdur. Tanrıverdiyev Xalid Kazım oğlu 2016-cı il mayın 29-da vəfat etmişdir. == Əsas elmi nailiyyətləri == Azərbaycan Respublikasının ərazisinin geomorfoloji xəritəsi. Azərbaycanın paleogeomorfologiyası.
Xalid Xürrəm Səbribəyzadə
Xalid Xürrəm Səbribəyzadə görkəmli alim, şair və jurnalist Bakıda nəşr olunan Şəlalə (jurnal)nın redaktoru
Xalid Ziya Uşaklıgil
Xalid Ziya Uşaklıgil (türk. Halit Ziya Uşaklıgil; (12 fevral 1865, Konstantinopol və ya Konstantinopol – 27 mart 1945, İstanbul) — Servet-i Fünunun demək olar ki, roman və həkayə yazarlarından ən məşhurudur. Ağır bir dili və üslubu vardır. Qərbli anlamdakı ilk romanları o yazmışdır. Realizmdən təsirlənmişdir. == Roman üslubu == Romanlarında aydın bir şəkildə, təmiz insanları anladır. "Mai ve Siyah" əsərindəki Ahmet Cemil, Servet-i Fünun sənətçisinin təmsilçisidir. Qəhrəmanları yaşadıqları çevrəyə uyğun anladır və ruh təhlillərinə önəm verir. Hər xarakteri daha dərin anlatmağa çalışır və hadisələrə daha dərin nüfuz edir.. Hekayələrində Anadolu həyatına, eləcə də: kənd və qəsəbə yaşayışına, romanlarında isə yalnız İstanbula yer verir.
Xalid bin Vəlid
Xalid ibn Vəlid (ərəb. أبو سليمان خالد بن الوليد بن المغيرة المخزومي القرشي‎) (592, Məkkə – 19 avqust 642, Mədinə və ya Homs) — İslam sərkərdəsi və Seyfullah (ərəb. سيف الله‎ — Allahın qılıncı) ləqəbini almış Məhəmməd peyğəmbərin (s.a.v.) səhabələrindən biri. Hüdeybiyyə müqaviləsindən sonra İslamı qəbul edənə qədər Qureyşin sıralarında döyüşmüş, islamı qəbul etdikdən sonra isə İslam dövlətinin komandanlığı altında girmişdir. O, Uhud döyüşündə Qüreyşin qalibiyyətində əsas rol oynamış, tabeliyində olan süvariləri manevr edərək müsəlmanların məğlubiyyətini təmin etmişdir. Müsəlman olduqdan sonra Bizans və Sasanilərə qarşı qələbələr qazanmışdır. Bunlardan ən diqqət çəkəni Yərmuq döyüşündə Bizans ordusunu məğlub etməsidir. İslam mənbələrinə görə, o, yüzdən artıq döyüşdə məğlub olmayan nadir sərkərdələrdəndir. O, üç il kimi qısa müddətdə İraq və İranı İslam dövlətinə bağlamış, onun fəthləri Anadoluda Qəhrəmanmaraş qədər uzanmışdır. 638-ci ildə Ömər bin Xəttab tərəfindən ordu komandanlığından uzaqlaşdırılaraq inzibati vəzifəyə gətirilmişdir.
Xalid ibn Vəlid
Xalid ibn Vəlid (ərəb. أبو سليمان خالد بن الوليد بن المغيرة المخزومي القرشي‎) (592, Məkkə – 19 avqust 642, Mədinə və ya Homs) — İslam sərkərdəsi və Seyfullah (ərəb. سيف الله‎ — Allahın qılıncı) ləqəbini almış Məhəmməd peyğəmbərin (s.a.v.) səhabələrindən biri. Hüdeybiyyə müqaviləsindən sonra İslamı qəbul edənə qədər Qureyşin sıralarında döyüşmüş, islamı qəbul etdikdən sonra isə İslam dövlətinin komandanlığı altında girmişdir. O, Uhud döyüşündə Qüreyşin qalibiyyətində əsas rol oynamış, tabeliyində olan süvariləri manevr edərək müsəlmanların məğlubiyyətini təmin etmişdir. Müsəlman olduqdan sonra Bizans və Sasanilərə qarşı qələbələr qazanmışdır. Bunlardan ən diqqət çəkəni Yərmuq döyüşündə Bizans ordusunu məğlub etməsidir. İslam mənbələrinə görə, o, yüzdən artıq döyüşdə məğlub olmayan nadir sərkərdələrdəndir. O, üç il kimi qısa müddətdə İraq və İranı İslam dövlətinə bağlamış, onun fəthləri Anadoluda Qəhrəmanmaraş qədər uzanmışdır. 638-ci ildə Ömər bin Xəttab tərəfindən ordu komandanlığından uzaqlaşdırılaraq inzibati vəzifəyə gətirilmişdir.

Digər lüğətlərdə