Xeyirbəyli
Xeyirbəyli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan)
rayonunda kənd.
Rayon mərkəzindən 36 km qərbdə, Araz çayının sol sahilində yerləşir. Qafqazın 5
verstlik xəritəsində qeyd edilmişdir.
Toponim xeyirbəyli nəsil adı əsasında əmələ gəlib «xeyirbəyli nəslinin yaşadığı kənd»
mənasını ifadə edir. Patronim toponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.V.1967-ci ü fərmanı ilə adı dəyişdirilib Yervandaşat qoyulmuşdur.
Kənddə 1831-ci ildə 301 nəfər, 1873cüildə 342 nəfər, 1886-cı ildə 379 nəfər, 1897-ci ildə 466
nəfər, 1908-ci ildə 414 nəfər, 1914-cüildə 438 nəfər, 1916-cı ildə 416 nəfər yalnız azərbaycanlı
yaşamışdır.
1918-ci ildəkənd erməni təcavüzünə məruz qalaraq sakinləri -
azərbaycanlılar deportasiya olunmuş və kəndə ermənilər köçürülmüşdür. İndiki Ermənistanda sovet
hökuməti qurulandan sonra kəndi tərk etmiş kənd sakinlərindən sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir.