Çox olduqca qəmü dərdim, rəhi-eşq içrə xoşhaləm.
[Zeyd:] Harun, bu nə haldır? Söylə, nə əhvaldır? Leyla sənin ilə bir yerdə; Məşğuli-xoşhaldır.
// zərf Mehribanlıqla, mülayim bir tərzdə.
Kapitan gözaltı Kəyanə baxdı, onu utandırdığını sezdiyindən, xoşhal dönüb Cumaya əmr etdi.
□ Xoşhal etmək (eləmək, qılmaq) – könlünü, xatirini xoş etmək, kefini açmaq, şadlandırmaq.
Nədir qılmaz məni xoşhal dilbər bir pəyam ilə; Qəmindən sübh olunca qaldığım bidar bilməzmi?
Komediyada oynayan cavanların cümləsi öz rollarını yaxşı yerinə yetirib, tamaşaya cəm olanları ziyadə fərəhnak və xoşhal etdilər.
[Rüstəm bəy Sofyaya:] Niyə kədərlənməyim ki, gözümün işığı kimi istədiyim bir dilbəri şerimlə xoşhal edə bilmədim.
Xoşhal olmaq – qəlbi, ürəyi açılmaq, sevinmək, şad olmaq.
Həkim babanın nəvənəticəsi bu xəbərdən çox xoşhal oldu.
Rzanın xoşhal olduğunu görüb, Orxan tərifi bir az da artırdı.