XRAM
XUÇA
OBASTAN VİKİ
Fərhad Xubanlı
Fərhad İslam oğlu Xubanlı — pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor. == Həyatı == 1950-ci ildə 25 oktyabrda Gürcüstanın Saqareco rayo­nun­da) Qaraçöp mahalının Muğanlı (Yor Muğanlı) kən­dində anadan olub. === Təhsili === 1967-ci ildə doğulduğu kənddə orta məktəbini bitirib. 1967-1971-ci illərdə Həsənbəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültə­sində təhsil alıb. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === 1971-ci ildə ali təhsilini bitirdikdən sonra əvvəlcə təyinatla Balakən rayonunun Qazmalar kəndindəki 2 №-li orta məktəbdə müəllim işləyib. 1974-cü ildə Lənbəli kənd orta məktəbinə direktor müavini təyin edilib. O ,1993-2008-ci illərdə Az-nin Müəllimlər İnstitutunun Qazax filiyalinda S.S. Orbeliani adina Tbilisi Dovlət Pedaqoji Universitetinin Marneuli filiyalinda dekan işləmişdir. Sonralar 2010-2012-ci illərdə H.Əliyev adina Gürcüstan - Azərbaycan Humanitar Universitetinin professoru kimi fəaliyyət göstərmişdir. Hal-hazırda doğulduğu kənddə elmi-tedqiqat işini davam etdirir. === Elmi fəaliyyəti === 1979-cu ildən Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun qiyabi aspiranturasında təhsil alıb.
Vadim Xubanov
Xubanov Vadim Ələddin oğlu (1963, Moskva) — Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini. == Həyatı == Vadim Xubanov 1963-cü ildə Moskva şəhərində anadan olmuşdur. 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1985-ci ildə SSRİ Dövlət Bankının Azərbaycan Respublikası kontorunun baş iqtisadçısı vəzifəsində başlamışdır. 1985-ci ildən 1987-ci ilədək ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 1987-ci ildən SSRİ Dövlət Bankının Azərbaycan Respublikası kontorunun 26 Bakı komissarı adına rayon şöbəsində iqtisadçı, həmin ildən Mənzil-kommunal Təsərrüfatı və Sosial İnkişaf Bankında iqtisadçı, böyük iqtisadçı, I dərəcəli iqtisadçı işləmişdir. 1991-ci ildən Azərbaycan Respublikası Xarici Əlaqələr Bankında Kredit-plan şöbəsinin rəisi, 1992-ci ildə Azərbaycan Respublikası Beynəlxalq Bankında İqtisadi təhlil, beynəlxalq əlaqələrin inkişafı müdiriyyətinin direktoru vəzifəsində işləmişdir. 1993-cü ildən Səhmdar-Kommersiya Beynəlxalq Bankı İdarə Heyəti sədrinin müavini, 1995-ci ildən isə İdarə Heyəti sədrinin birinci müavini işləmişdir. 1996-cı il iyunun 14-dən Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü, həmin ilin sentyabrın 24-dən isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir. 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ikinci dəfə, 2006-cı ilin dekabr ayında üçüncü dəfə, 2012-ci ilin fevral ayında dördüncü dəfə, 2017-ci ilin mart ayında isə beşinci dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilmişdir.

Digər lüğətlərdə