XURCUN

Adətən, yük və ya minik heyvanlarının belindən aşırılan, palaz kimi toxunan ya da cod parçadan tikilən ikigözlü torba, iri heybə. (“Koroğlu” dastanının lüğəti)

Sən də bir böyük xurcunla Aslan paşanın xəzinəsinin qabağında məni gözlərsən. (“Durna teli”)

*

Çobanın çiynindəki xurcunda quru çörəyi var idi. Koroğlu bərk acmışdı, özü əlini xurcuna salıb çörəkdən çıxartdı, ovub südün içinə tökdü. (Paris nüsxəsi, 3-cü məclis)

*

Axcanı xurcuna tökdün,

Ürəymin başını sökdün,

Atamın belini bükdün,

Necə ağlamım, Koroğlu?

                         (Paris nüsxəsi, 3-cü məclis)

XUNRİZ
XURD FARS
OBASTAN VİKİ
Xurcun
Xurcun - Bu məişət əşyası əsasən müxtəlif rəngli yun ipdən (bəzən iplikdən) xalça texnikası ilə toxunur, qotazlarla bəzədilir. İki gözdən və şol hissədən ibarət olur. Ağız hissəsinə gözək salınır, gözəyin içərisindən keçən qotazlı bağ dartılarkən xurcunun ağzı bağlanır. Xurcun müxtəlif olçüdə olur. Əsasən kənd təsərrüfatı məhsulları və sair daşımaq üçün istifadə olunur. Qədim dövrlərdən qonşu Şərq və Qafqaz xalqlarının, o cümlədən azərbaycanlıların məişətində mühüm yer tutmuşdur.

Digər lüğətlərdə

...леме́шный бучило ворси́нковый генера́л-адмира́л идиомати́чный крутану́ться нау́жинаться по-ба́скски повзво́дный угова́риваться ба́бища дублёрка позоло́тный покры́то мраком неизвестности сла́вно соа́вторский сосна́ bushel weight dexterous liberatory microscopy shearer valorize кровосмешение круглолицый