Yaş sözü зеленый, молодой, возраст, жизнь, слеза mənalarını əks etdirib. Bizdə indi молодой mənası aradan çıxıb.Yaş və yaz eyni sözün dəyişmiş formalarıdır.Yaz – təbiətin cavan və yaşıllıq dövrüdür. Göz yaşı “su” deməkdir. Yağış yerinə, çağış işlənib və da “su” deməkdir. Ağla-sıtqa (sığıta – su tök sözündən törəyib) indi sıtqa kimi işlədilir, sözü çığla-sığıta kimi olub, hər ikisi “su” deməkdir. Yaşıl sözü “su”, “sulu” anlamı ilə bağlıdır (quru ağaca “yaşıl” deyə bilmirik, suyu yoxdur). Yazılmaq feili həm də açılmaq mənasında işlədilib: çicək yazıldı (цветы распустились) cümləsi ilə bunu sübut edir. Yaz, yaşıl, yağış (çağış), çuvar, çala, çamır, cürdək kimi sözlərin hamısı su anlamını verən sözdən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)