YAL

Atın yalı (yalmanı) ifadəsini işlədirik. Burada yal “tük”, “qıl” mənasında işlədilib. Mənbələrdə rusca “седой” mənasını verən ağyal sözü var. Yalman kəlməsi “qıl” (yal) çoxluğu deməkdir. Belə məlum olur ki, yal sözü qıl sözünün dəyişmiş formasıdır, yalman isə “qıl çoxluğu”dur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

YAQUT
YALAQ
OBASTAN VİKİ
Yal
Yal — Sıra dağların və ya dağ massivlərinin qarşı-qarşıya durmuş yamacları arasında ən hündür hissəsinə deyilir. Yal zirvə və gədik zolağından ibarət olub, adətən suayrıcı xəttini təşkil edir.
Yal (heyvan)
Yal — məməlilərn bel və boyun nahiyyəsində bitən uzun və sıx tüklər nəzərdə tutulur. Bəzən canlılar arasında erkək və dişi fərdlərin əsas fərqləndiricisi rolunu oynayır. Ancaq yetkinlik dövrünü yaşamayan fərdlərdə bu hələ formalaşmır. Bəzi heyvanlarda yal bütün onurğa boyunca uzanır.
Yal (qayıq)
Yal qayığı (nid. jol; adətən Yalik olaraq adlandırılır) — yüngül yelkənli qayıq və ya yelkənli, avarlı qayıq. Bu qayıqlar əsasən iri gəmilərin sahillə əlaqəsinin təminatında, yüngül yüklərin və insanların daşınmasında və gəmilərin təmirində istifadə edilir. Həmcinin idman-turizm istiqamətli məqsədlərə xudmət edir. Altı yelkənli qayığın yalnız bir dor ağacı olur. Dor ağacı əsasən tozağacı və ya şamdan hazırlanır. Uzunluğu 5,5 metrdir. Hazırlanması və materialına görə fərqlənirlər: taxta lövhə — YAL-6, YAL-4, YAL-2, şpondan — YALŞ-6, YALŞ-4, YALŞ-2, plasmasdan — YALP-6, yüngül lehimli materialdan — YALA-6. YAL-6 və ya Altı yelkənli yal — qayıqlar əsasən taxtadan hazırlanır. Uzunluğu 6,11 metr, eni 1,85 metrdir.
Yal Pirəhmədli
Yal Pirəhmədli — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Yal Pirəhmədli kəndi Füzuli rayonunda, Qarabağ silsiləsinin ətəyində yerləşir. Kənd rayon mərkəzindən 9 km məsafədədir. Əhalisi əsasən üzümçülük və heyvandarlıqla məşğul olurdu. Kənddə məktəb, klub və s. vardı. Bu yaşayış məntəqəsi 1993-cü ilin avqustunda ermənilər tərəfindən işğal olunub. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.. Yal Pirəhmədli toponimi yal coğrafi terminindən və pirəhmədli etnonimindən ibarətdir. Pirəhmədli həmin kənddə məskunlaşmış nəslin adıdır.
Yal adası
Yal adası - Xəzər dənizinin Abşeron körfəzi akvatoriyasında yerləşən kiçik ada. Dardanel adaları ilə Çilov adasının Urunos yarımadası arasında yerləşir. Uzunsov formaya malikdir. Ada uzaqdan Yal adlı xüsusi yelkənli qayıq növünü xatırlatdığı üçün bu cür adlandırılmışdır. Düzən relyefə malikdir.
Yal (dəqiqləşdirmə)
Yal
Sarı yal nekropolu
Sarı yal nekropolu — Tivi kəndi ərazisində, təpə üzərində yerləşir. Abidənin yerləşdiyi ərazinin torpağı sarı rəngdə olduğundan həmin yer yerli əhali arasında "Sarı yal" adı ilə tanınır. Nekropolun sahəsi 1 hektara yaxındır. Kəşfiyyat xarakterli tədqiqatlar nəticəsində öyrənilmişdir. Aparılan araşdırma zamanı abidənin ərazisi, oradakı qəbirlərin quruluşu müəyyən olunmuşdur. Nekropoldakı qəbirlər şərq istiqamətindədir. Onlar güclü təbii aşınmaya məruz qaldığından dağılmışdır. Qəbiristanlığın yaxınlığında eyni adlı pir (Sarı yal piri) də yerləşir. Abidə Orta əsrlər dövrünə aiddir.
Sarı yal piri
Sarı yal piri — Ordubad rayonunun Tivi kəndi nin ərazisində ziyarətgah. Pir kənddən cənub-şərqdə, Sarı yal adlı yerdə, yamacda yerləşir. Onun yerləşdiyi ərazi bir tərəfdən dərin dərə ilə, digər tərəfdən isə qədim nekropolla sərhədlənir. Orada sadə formada daş və möhrə ilə ibadət yeri- kiçik bina tikilmişdir. Toplanılan etnoqrafik materiallara görə buraya ziyarətə əsasən xəstələr, uşağı olmayanlar- sonsuzlar, niyyət tutanlar gəlirlər. Əhali arasında belə bir fikir vardır ki, pirə hər kəs nəzir edirsə nəziri qəbul olunur. Kənd sakinlərinin verdiyi məlumata görə pir çox qədim tarixə malik olmuşdur. Tivi kəndinin sakinləri əvvəllər öz dini ayinlərini, xüsusilə məhərrəmlik mərasimini onun yaxınlığındakı geniş sahədə keçirirdilər. Pir Orta əsrlər dövrünə aiddir.
Azərbaycan yalançıəqrəbi
Geogarypus azerbaidzhanicus Yalançıəqrəblər dəstəsinə, Geogarypidae fəsiləsinə aid növ. Azərbaycanın endemik canlısı.
Barkın Yalçınkale
Barkın Yalçınkale (25 iyun 1991-ci ildə anadan olub) — ATP Çelencer Turunda iştirak edən və Türkiyə Davis Kuboku komandasının üzvü olan Türkiyəli tennis oyunçusudur. 29 fevral 2016-cı ildə o, Dünya ATP reytinqində 823-cü sırada qərarlaşaraq rekorduna imza atmışdır.
Boz yalançı tsuqa
Boz yalançı tsuqa (lat. Pseudotsuga menziesii var. glauca) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin yalançı tsuqa cinsinin menzis yalançı tsuqası növünə aid bitki yarımnövü. Şimali Amerikanın şimal-qərbində 600 və 2600 m hündürlükdə Roki Mauntens dağ vadilərində bitir. Hündürlüyü 30-50 m-dir, vətənində formaların hündürlüyü 90-100 m, gövdəsinin diametri 5 m olur. Avropada eni 8-10 m-ə qədər olur. İllik boy artımı 40 sm, eninə 20 sm-dir. Həmişəyaşıl, iri, tez böyüyən ağacdır; cavanlıqda düz, çətiri sütunşəkilli və düz gövdəli, yaşlandıqda gövdəsi qalınlaşır, çətiri enli olur, güclü, horizontal, yaruslu budaqlıdır. Cavan ağacların qabığı tünd-boz, qalınlığı 25 sm-ə qədər, dərin yarıqlıdır. Qozaları uzunsov-yumurtavarı, uzunluğu 5-10 sm, diametri 1-3,5 sm-dir.
Cazda yalnız qızlardır
Bəziləri isti sevir (ing. Some Like It Hot) və ya Cazda yalnız qızlardır (rus. В джазе только девушки) — rejissor və prodüser Billi Uaylderin musiqili komediya filmidir. Bundan başqa bu rejissorun əsas işlərindən birisi və ssenarist İzi Daymondla tandem nəticəsində işlənilmiş ikinci filmdir. Baş rolda Merilin Monro, Toni Körtis və Cek Lemmon oynamışdırlar. Bu filmin ssenarisi Fransada ekranlaşdırılmış "Sevgi fanfaraları" adlı filmin və 1951-ci ildə Almaniyada çəkilmiş eyniadlı remeykin motivləri əsasında yaradılmışdır. Filmdə təhlükəli qanqsterlərdən gizlənmək üçün məcburi şəkildə qadın paltarlarını geyinən iki musiqiçinin macəraları haqqında bəhs edilir. Həmçinin filmdə nümayiş olunan səhnələr ABŞ-də spirtli içkiyə qoyulan qadağa dövrünü əhatə edir. Film geniş ekranlara 29 mart 1959-cu ildə, SSRİ-də isə artıq prokat şəklində 22 avqust 1966-cı ildə çıxarılmışdır. "Bəziləri isti sevir" kinokomediyası uzun illər davam edən studiya sistemindən nəhayət müstəqil prodüserləşdirmə sisteminə keçən zaman, mühüm bir mərhələyə çevrilmişdir.
Dağ yalı
Dağ yalı – sıra dağların və ya dağ massivinin ən hündür üst tirəsidir. Dağ yalı zirvə və gədik zolağından ibarət olub, adətən suayrıcı xəttini təşkil edir..
Dönə yallı
Dönə yallı – Adətən çox halda qadınların, az halda isə kişilərin ifa etdikləri, ifa olunarkən – "yar dönə, dönə" - sözündən götürülən yallıda cavan oğlan sevgilisindən xahiş edir ki, ona tərəf dönsün. Qədim Azərbaycan xalq mahnısının musiqisi altında ifa olunan "Dönə yallı"da mahnısını yallıbaşı oxuyur. Beşiyi Naxçıvan Muxtar Respublikasının Şərur rayonu olan "Dönə yallı" Şərur Xalq Yallı kollektivinin repertuarında özünəməxsus yer tutmaqla inkişaf etdirilməkdədir.
Dördayaq (yallı)
Dördayaq – Ən qədim Azərbaycan yallırından biri. Yallının adı rəqsin əvvəlində ifaçıların yırğalanaraq dörd addım atmalarından götürülmüşdü. Şərur rayonunda yaranmış yallı sonralar daha geniş yayılaraq milli-mənəvi dəyərləri yaşadanların ən sevimli yallılarından biri olmuşdur. İştirakçılar çeçələ barmaqları ilə çiyinləri səviyyəsində bir-birindən tuturlar. Asta və sürətli hərəkətlərdən ibarət olan yallını həm qadınlar, həm də kişilər ifa edirlər. Naxçıvanın Şərur, Sədərək və Kəngərli rayonlarında, eləcə də onların əhatə etdiyi kəndlərin toy məclislərində və keçirilən mədəni-kütləvi tədbirlərdə ifa edilir.
Dördayaq yallısı
Dördayaq – Ən qədim Azərbaycan yallırından biri. Yallının adı rəqsin əvvəlində ifaçıların yırğalanaraq dörd addım atmalarından götürülmüşdü. Şərur rayonunda yaranmış yallı sonralar daha geniş yayılaraq milli-mənəvi dəyərləri yaşadanların ən sevimli yallılarından biri olmuşdur. İştirakçılar çeçələ barmaqları ilə çiyinləri səviyyəsində bir-birindən tuturlar. Asta və sürətli hərəkətlərdən ibarət olan yallını həm qadınlar, həm də kişilər ifa edirlər. Naxçıvanın Şərur, Sədərək və Kəngərli rayonlarında, eləcə də onların əhatə etdiyi kəndlərin toy məclislərində və keçirilən mədəni-kütləvi tədbirlərdə ifa edilir.
Dünyada yalnız
Dünyada yalnız (fr. Seule au Monde,ing. Alone in the World) - fransız akademik rəssamı Vilyam Buqro tərəfindən işlənmiş əsər. Əsər rəssamın yaradıcılığının ilk dövrlərinə aid edilir. Tədqiqatçı Teo Van Qoq əsərin 1867 - ci ildən əvvəl çəkildiyini bildirmişdir. Əsərdə əlində violonçel tutaraq Parisdə, Sena çayının sahilində durmuş qız təsvir edilmişdir. Qız daha çox sol tərəfdən və qəmli sima ilə görünməkdədir. Qızın arxasında isə Paris Məryəm Ana kilsəsi və Royal Pont körpüsü görünməkdədir.
El yallısı
El yallısı (iki ayaq) — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ifa olunan "El yallısı" 3 hissədən və getdikcə artan tempdən ibarət olan yallı növü. İştirakçıların kiçik barmaqları bir-biri ilə birləşmiş və aşağı salınmış vəziyyətdə ifa etdikləri "El yallısı" sadə hərəkətlidir, lakin ifa edilməsi çətindir. Naxçıvan şəhərində, Şahbuz rayonunun toy şənliklərində yallı həvəskarları tərəfindən yüksək zövqlə ifa edilərək yaşadılır.
Elat Yalqızağac (Mərənd)
Elat Yalqızağac (fars. ايلات يالقوزاغاج‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,501 nəfər yaşayır (352 ailə).
Fars yalançıbuynuz gürzə
Fars yalançıbuynuz gürzə (Pseudocerastes persicus) — Yalançıbuynuz gürzələr cinsinə aid ilan növü. Bu canlıların uzunluqları 80–90 sm arasında olur. Nadir hallarda 100 sm-ri keçir. Bədəni sıxdır, ancaq kök deyildir. Bu canlıların özəllikləri ondadır ki, onların buynuza bənzər çıxıntısı olur. Bəzən isə bu sadəcə bir purcuğun qabarmış forması kimi özünü göstərir. Bu buynuzcuqlar gum və ya torpağın buruna və gözə daxil olmasını əngəlləyir. Qonur-boz rəngli zolaqlara sahibdir. Əsasən qumlu sahələri xoşlayırlar. Onlar qumlu sahələrdə yaşamasalarda qumları bədənləri ilə tərpədərək buradaca gizlənə bilirlər.
Göyrüşyarpaqlı yalanqoz
Əsasən Qafqazda İraqın Şimalında bitir. Hündürlüyü 20-30 sm-ə çatan, yarpağını tökən ağacdır. Güclü çətiri, silindirvari, möhkəm və güclüdür. Qabığının rəngi tünd boz, çatlıdır. Zoğları əvvəlcə qəhvəyi, sarı, sonradan açıq yaşıl çılpaqdır. Yarpaqları növbəli, 20-45 sm uzunluqda olub budaqda 11-27 ədəd, 7,5-12,5 sm uzunluqda lansetvari və ya oval kürən formalıdır. Kənarları dişli, çılpaq olub, ancaq orta xətləri aşağıdan parlaq olub, yaşıl demək olar ki oturacaq, payızda yarpaqlarının rəngi parlaq sarı olur. Dişi toxumları 30-50 sm uzunluqda, nazik, üst yarpaqlarda növbəti ilə qədər qalır. Erkək toxumlar 15 sm uzunluqda, çətirlərin kənarında yerləşir. Meyvələri dərivari sümüklüdür.
Güvən Yalçın
Güvən Yalçın (türk. Güven Yalçın; 18 yanvar 1999, Düsseldorf) — "Beşiktaş"da hücumçu mövqeyində çıxış edən Türkiyə futbolçusu. Güvən Yalçın 2006-cı ildə 7 yaşında olarkən "Bayer Leverkuzen" komandasının futbol məktəbinə qəbul edilmiş və orada oynamağa başlamışdır. 2016-cı ildə "Bayer Leverkuzen" U-17 komandası ilə Almaniya çempionluğu yaşamışdır. 26 qarşılaşmada vurduğu 12 qol ilə komandasının çempionluğunda pay sahibi olmuşdur. 2016–2017-ci illər mövsümündə "UEFA Gənclər Liqasında" 6 qarşılaşmada forma geyinmişdir. 27 iyul 2018-ci ildə Türkiyə Super Liqasında çıxış edən klublardan olan "Beşiktaş"a transfer edilmişdir. Yeni komandasında ilk oyununa "UEFA Avropa Liqası"nın təsnifat mərhələsində oynadıqları "Partizan" klubuna qarşı matçda çıxmışdır. 29 sentyabr 2018-ci ildə "Kayserispor" ilə oynanan qarşılaşmanın son dəqiqələrində Rikardo Kuarejmanın yerinə meydana daxil olaraq ilk liqa oyununa çıxmışdır. 2020-ci ildə keçiriləcək olan futbol üzrə Avropa Çempionatının təsnifat mərhələsində Türkiyə milli futbol komandasının Albaniya və Moldova milliləri ilə oynayacağı qarşılaşmaların iştirak ərizəsinə baş məşqçi Şənol Günəş tərəfindən daxil edilmişdir.
Mahmud Yalavac
Mahmud Yalavac (Qədim türkcə yalavac — "elçi"; XII əsr, Xarəzm – 1254, Pekin) — Böyük Monqol imperiyasının dövlət xadimi. Xarəzmdən tacir kimi Çingiz xanın yanına gəlmiş, onun müşaviri olmuşdu. Xarəzmşah II Əlaəddin Məhəmmədin sarayına elçi getmişdi. Mahmud Yalavac 1254-cü ildə Pekində vəfat edib.
Marant yalançı örtük
Melike İpek Yalova
Melike İpek Yalova (29 aprel 1984, İstanbul) — Türkiyə aktrisası.
Melike İpək Yalova
Melike İpek Yalova (29 aprel 1984, İstanbul) — Türkiyə aktrisası.
Moşe Yalon
Moşe Yalon (ivr. ‏משה יעלון‏‎; 24 iyun 1950) — İsrail siyasətçisidir və İsrail Müdafiə Qüvvələrinin keçmiş Baş Qərargah rəisidir, eyni zamanda 2013-cü ildən 20 may 2016-cı il tarixədək istefaya qədər İsrailin Müdafiə naziri vəzifəsini icra edib. Yalon, Knessetə 2019-cu ildə Mavi və Ağ partiyanın sayca üç üzvü olaraq, keçmiş İFF qərargah rəisi Benni Qantz və Yeş Atidin başçılıq etdiyi İsrail Müqavimət Partiyasının birləşməsi ilə yaradılan ortaq bir siyahı olaraq namizəd oldu.
Mumlu yapon yalançı yastıcası
Mumlu yapon yalançı yastıcası (lat. : Ceroplastes japonicus Green.)-Mumlu yapon yalançı yastıcasının (Ceroplastes japonicus Green.) vətəni Şərqi Asiyadır (Yaponiya, Çin). Mumlu yapon yalançı yastıcasının (Ceroplastes japonicus Green.) vətəni Şərqi Asiyadır (Yaponiya, Çin). Rusiyada, Abxaziyada qeydə alınmışdır. Zərərverici iqlim dəyişikliyinə qarşı olduqca dözümlüdür. Elə bu xüsusiyyətinə görə də asanlıqla yayılmasına və öz arealını yaratmasına imkan yaranır. Yastıca Abşeron yarımadasında da geniş yayılmışdır. Aparılan müşahidələrə əsasən (Novxanı, Binəqədi, Buzovna, Mərdəkan və Şüvəlan kəndləri) Abşeronun quru subtropik iqliminə çox yaxşı dözür. Bu da yastıcanın bitkilər üçün daha da qorxulu zərərverici olmasına gətirib çıxarır. Mumlu yapon yalançı yastıcası qorxulu karantin zərərvericidir.
Mənə yalan de (teleserial)
Mənə yalan de (ing. Lie to Me) — 21 yanvar 2009 tarixində Fox Broadcasting Company göstərilməyə başlanan ABŞ televiziya seriyası. Serialda Dr. Cal Lightman (Tim Roth) və həmkarları, bədən dili və mikro ifadələr vasitəsilə yerli və ya federal istintaqları dəstəkləməkdədirlər. Teen Wolf, Scott McCall (Tyler Posey) adında bir orta məktəb şagirdinin meşədə gəzərkən bir qurd adam tərəfindən dişlənilməsi nəticəsində yaşadıqlarını izah edən fövqəladə teleserialdır. Scott, bir qurd adam olduğu gerçəyini, həyatı və bədənindəki dəyişikliklər mövzusunda ona köməkçi olan ən yaxşı yoldaşı Stiles Stilinski (Dylan O'Brien) və bir digər sirli qurd adam Derek Hale (Tyler Hoechlin) xaricində hər kəsdən gizlədərək sıravi bir həyat sürməyə çalışır. Teleserial hal hazırda davam edir və efirdə 6-cı mövsüm gedir. 6.mövsüm serialın final mövsümü olduğu təsdiqləndi lakin yüksək bir kütləvi serialın uzadılmasını istədiyi üçün bu mövzu müzakirə olunacaq. Serialların tənqid saytı Metacritic'ten 100 üzərindən 61 bal alaraq gələn tənqidlərdən ümumiyyətlə müsbət cavab aldı. Serialın ilk nümayişi 2,18 milyon tamaşaçı əldə etdi.

Значение слова в других словарях