YORMAQ₁

f. Yorulmasına səbəb olmaq, taqətdən salmaq, tabsız etmək; üzmək. Atı yormaq. Uşağı çoxlu tapşırıqla yormaq olmaz. Bu iş məni yordu. Yol adamı yorur.
– Kinli paşalara meydan oxuyan; Çox köhlənlər yoran qoç Koroğludur. Koroğlu”.
Məhəmmədhəsən əmi eşşəyi heç kəsə verməzdi ki, bir yana aparıb heyvanı yorsunlar. C.Məmmədquluzadə.

□ Yol yormaq – çox gedib-gəlmək.
[Çarvadar:] Ə, bu yolu yorduğun bəs deyil? S.Rəhimov.

Özünü yormaq məc. – boş yerə əlləşmək, əbəs çalışmaq. Özünü yorma, bundan heç bir şey çıxmayacaqdır.
// Gərgin zəhmət tələb edən bir işdə üstün gəlmək. Nərddə o məni yordu.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YORMAQ YORMAQ [Balağa:] Səni bərk yorduq, zərəri yoxdur, bunun sənə faydası var (H.Abbaszadə); ƏLDƏN SALMAQ Qəndab: Əmim mənə çox baxıb, çox düşündükdən sonr
  • YORMAQ üzmək

Etimologiya

  • YORMAQ Yerimək kəlməsi ilə qohumdur. Canlı varlıqlar çox yeridikdə, hərəkət et­dikdə yorulur. Deməli, yorulmaq yeriməyin (hərəkətin) nəticəsi ilə bağlıdır
YORMAQ₂
YORNUQ

Digər lüğətlərdə

борцо́вский заса́сывать лото́чный моза́ика нако́мкать окочене́лость предусмотри́тельно приду́шенно удуши́ть эксцентри́зм зю́зя зю́зей и т. п подки́дывать поско́к разосла́ть труто́вка мшаник abatable acceptor bewrite caprolactam mitigation moving-off pew recapture подсыхать